Stepançikovo kəndi və sakinləri (rus. Село Степанчиково и его обитатели) — Fyodor Dostoyevskinin romanı. İki il ərzində yazılan povest 1859-cu ildə "Отечественные записки" jurnalında, daha sonra növbəti il heç bir dəyişiklik olmadan kitab şəklində çap edilib.

Məzmun İstefada olan polkovnik Yeqor İlyiç Rostanyev xeyirxah, alicənab bir insandır, amma yumşaq xarakterə malik olduğundan çox tez təsir altına düşür. O, gözlənilməz halda Stepançikovo malikanəsini miras olaraq alır və uşaqları, eləcə də yaşlı anası Kraxotkina ilə oraya köçür. Dul qadın Kraxotkina himayə etdiyi Foma Fomiçi də malikanədə onlarla birlikdə yaşamağa dəvət edir. Foma Fomiç özünü məşhur filosof, müəllim və yazıçı elan edib öz şəxsiyyətinə qeyri-adi dərəcədə hörmət və ehtiram tələb edir. Özü öz evində ürəyi istədiyi kimi yaşaya bilməyən Yeqor İlyiç isə hətta sevdiyi qadına belə ürəyini açmaq ixtiyarına sahib deyil.

Personajlar Yeqor İlyiç Rostanyev — istefada olan polkovnik, qırx yaşında Kraxotkina — Yeqor Rostanyevin anası Foma Fomiç Opiskin — əlli yaşında Sergey Aleksandroviç — Seryoja — əsərin nəqlçısı, polkovnik Rostanyevin qardaşı oğlu, iyirmi iki yaşında İlyuşa — Rostanyevin oğlu, səkkiz yaşında Saşa və ya Saşenka — Rostanyevin qızı, on beş yaşında Nastasya Yevqrafovna (Nastenka) — uşaqların dayəsi Yevqraf Larionıç Yejovikin — təhkimli kəndli, Nastenkanın atası General xanım Kraxotkina — Rostanyevin anası Perepelitsına — general xanımın sirdaşı Praskovya İlyiniçna — Rostanyevin bacısı Stepan Aleksyeviç Baxçeyev — Rostanyevin dostu Korovkin — Rostanyevin dostu İvan İvaniç Mizinçkov — Rostanyevin uzaq qohumu, iyirmi səkkiz yaşında Pavel Semyoniç Obnoskin — Rostanyevin qonağı, iyirmi beş yaşında Anfisa Petrovna — Obnoskinin anası, əlli yaşında Qavrila İqnatiç — kamerdiner Qriqori Vidoplyasov — kamerdiner Falaley — ev xidmətçisi, on altı yaşında

Arxa plan Foma Opiskin obrazı Nikolay Qoqolun həyatının son illərindəki şəxsiyyəti əsasında yaradılmışdır. Fomanın nitqləri Qoqolun "Dostlarla yazışmalardan seçilmiş parçalar" əsərinin parodiyasıdır. Opiskinin davranış tərzi, xarici görünüşü və hətta xarakteri də Qoqoldan götürülmüşdür. Ümumilikdə hekayə komediya quruluşuna malikdir; əsər əvvəlcə pyes kimi nəzərdə tutulmuşdu.

Dostoyevski bu romanı "Rus xəbərləri" jurnalının baş redaktoru Mixail Katkov üçün yazmışdır. Dostoyevski qardaşı Mixailə yazdığı bir məktubda qeyd edirdi: "Katkov üçün yazdığım uzun hekayə məni çox narazı salır və mənə olduqca yad gəlir. Amma artıq çox şey yazmışam, başqa bir əsərə başlamaq üçün bunu kənara atmaq mümkün deyil və borcu qaytarmalıyam."Frank, Joseph (1984). Dostoevsky: The Years of Ordeal, 1850-1859. Princeton University Press. Sonrakı məktubunda o, daha nikbin yazırdı: "Əminəm ki, romanımda çoxlu zəif və pis məqamlar var; lakin həm də əminəm ki, — buna həyatımı belə qoyaram! — ki, orada çox gözəl məqamlar da var. Onlar ürəkdən doğub. Romanda elə yüksək komediya səhnələri var ki, Qoqol onları tərəddüd etmədən imzalayardı." O, romanı "Rus xəbərçisi" jurnalına göndərdi, lakin Katkov onu rədd etdi. Daha sonra romanı "Müasir" jurnalına təqdim etdi. Jurnal romanı qəbul etsə də, Dostoyevskinin alçaldıcı dərəcədə aşağı hesab etdiyi bir qiymət verildi. "Müasir" jurnalının redaktoru Nekrasov isə romana çox mənfi yanaşırdı: "Dostoyevski bitib. O, artıq heç bir mühüm əsər yazmayacaq." Roman sonda Krayevskinin "Vətən qeydləri" jurnalında nəşr olundu.

Ədəbi əhəmiyyəti "Stepançikovo" əsərində Dostoyevskinin əsas yaradıcılığına xas intellektual ehtiras və zənginlik olmasa da, digər cəhətlərinə görə bu, onun ən səciyyəvi əsərlərindən biridir. Onun bütün böyük romanları təhkiyəvi deyil, dramatik quruluşa malikdir. Quruluşlarında əsaslı dəyişiklik etmədən onları asanlıqla pyesə çevirmək olar. "Stepançikovo" isə onların hamısından daha dramatikdir (əvvəlcə pyes kimi nəzərdə tutulmuşdu). Sadəcə, təbii ki, teatr üçün həddindən artıq uzundur. Əsər həm də Dostoyevskinin Mixaylovskinin "qəddarlıq" adlandırdığı xüsusiyyətini nümayiş etdirməsi baxımından maraqlıdır. Onun mövzusu ikiüzlü və parazit Foma Opiskinin ev sahibi polkovnik Rostanevə qarşı tətbiq etdiyi dözülməz psixoloji təzyiqdir. Polkovnikin özünü bu cür təhqirə məruz qoymağa razı olması və ətrafındakıların — dostlarının və qulluqçılarının da Opiskin tərəfindən təhqir edilməsinə imkan verməsi, eləcə də Fomanın qurbanları üçün müxtəlif psixoloji alçaltma üsulları düşünməkdəki azğın ixtiraçılığı dözülməz, demək olar ki, fiziki ağrı təsiri bağışlayır. Foma Opiskin səbəbsiz, məsuliyyətsiz, xırda və nəticə etibarilə sevincsiz şərin qəribə bir simasıdır. O, Saltıkovun Porfiri Qolovlyovu və Soloqubun Peredonovu ilə birlikdə, yəqin ki, heç bir xarici ədəbiyyatda bənzəri olmayan bir üçlük təşkil edir.

— D.S. Mirski.

Filmoqrafiya

Stepançikovo kəndi və sakinləri (film, 1989)

Həmçinin bax

Əbədi ər

İstinadlar

Kateqoriya:Rus ədəbiyyatı Kateqoriya:XIX əsr ədəbiyyatı Kateqoriya:Fyodor Dostoyevskinin əsərləri Kateqoriya:Rus dilində ədəbiyyat Kateqoriya:Rus dilində romanlar Kateqoriya:Rusiya romanları Kateqoriya:Televiziyaya adaptasiya olunmuş romanlar Kateqoriya:XIX əsr haqqında romanlar