Fuat Yaman — türkiyəli keçmiş futbolçu və futbol məşqçisi.
Futbolçu karyerası Yaman futbolçu karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış edib. 1978-ci ildə Beşiktaş FK klubunda peşəkar karyerasına başlayıb. 1980-ci ildə klubdan ayrılaraq Zonguldakspora keçib.
1984-cü ildə Antalyaspora transfer olunub. Bir mövsüm sonra yenidən Zonguldakspora qayıdıb. Daha sonra Eskişehirspor, Konyaspor, Sakaryaspor və Zeytinburnuspor klublarında çıxış edib.
1993-cü ildə Zeytinburnusporda futbolçu karyerasını başa vurub.
Məşqçilik karyerası Fuat Yaman məşqçilik fəaliyyətinə Beşiktaş klubunda başlayıb. Burada əvvəlcə klubun aşağı yaş qruplarında məşqçi kimi çalışıb, daha sonra Con Toşakın köməkçisi olub. Toşakın komandadan ayrılmasından sonra 1999-cu ildə qısa müddət ərzində Beşiktaşın baş məşqçisi vəzifəsini icra edib.
Daha sonra Çanaqqala Dardanelspor, Kayseri Erciyesspor, Çaykur Rizespor və Kocaelispor klublarını çalışdırıb. 2007-ci ildə İstanbulsporun baş məşqçisi olub.
2009-cu ildə Altay SK klubunun baş məşqçisi təyin edilib. 2010-cu ilin fevralında Karşıyaka SK ilə oyunda komandanın 0:2 hesablı məğlubiyyətindən sonra istefa verib.
Daha sonra Konyasporun baş məşqçisi olub. Lakin klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən 2010–2011 mövsümü başlamazdan əvvəl vəzifəsini tərk edib.
Yaman karyerasının müəyyən dövründə Azərbaycanda da çalışıb və Karvan FK klubunda məşqçilik fəaliyyəti göstərib.
Şəxsi həyatı Fuat Yaman alban əsilli türkiyəlidir. Aktyor Can Yamanın əmisidir.
İstinadlar
Xarici keçidlər Kateqoriya:1958-ci ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri