Stepanavan rayonu — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati-ərazi vahidi.
Haqqında Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880–1921). Rayon Ermənistan SSR-nın Pəmbək-Loru qəzasınin ləğvi ilə onun bir qismi hesabına 9 sentyabr 1930-cu ildə təşkil edilmişdi.Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. Армянская ССР: Административно-территориальная деление на 1-ое января 1948 года, Издание первое. Армгосиздать, Ереван, 1948, стр. 51 İnzibati mərkəzi Cəlaloğlu şəhəri idi.
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanununa əsasən ləğv edilən rayonun ərazisi yeni təşkil edilmiş Loru mərzinə qatılmışdır.Национальное Собрания Республики Армения: Закон Республики Армения "Об административно-территориальном делении Республики Армения". Принят 07.11.1995. Подписан Президентом Республики Армения Л. Тер-Петросяном 04 декабря 1995 года, гор. Ереван С-062–1.-ЗР-18 Arxivləşdirilib. Təşkil edildiyi 9 sentyabr 1930-cu ildən ləğv edildiyi 7 noyabr 1995-ci il tarixinədək rayon rəsmən Stepanavan rayonu (, ) adlanırdı.
Coğrafiya Stepanavan rayonunun ərazisindən Tona çayı axır. Rayon bir tərəfdən Bazum dağ silsiləsi ilə əhatə olunur.
1 oktyabr 1931-ci il tarixinə rayon 1.365 km² ərazini əhatə edirdi. Bu göstərici ilə o bütün Ermənistan SSR ərazisinin (29.660 km²) 4,60%-ini təşkil edirdi. Rayon 1 oktyabr 1938-ci il tarixinə isə 0.61 min km², 1 yanvar 1941-ci il tarixinə 0.6 min km², 1 yanvar 1948-ci il tarixinə 635 km² ərazini əhatə edirdi. 1 yanvar 1948-c il tarixinə rayonda rayon tabeli Stepanavan şəhəri və 20 kənd yerləşirdi.
Əhali 1 yanvar 1931-ci ildə rayonda mövcud olan 33 kənd sovetliyinə daxil olan 60 yaşayış məntəqəsində 47.012 nəfər əhali yaşayırdı. Onlardan 4.316 nəfəri Stepanavan qəsəbəsində, qalanları isə 59 kənddə məskunlaşmışdı.Центральный Исполнительный Комитет Союза ССР, Всероссийский центральный исполнительный комитет. Административно-территориальное деление союза ССР (Районы и города СССР). Издательство "Власть Советов" при Президиуме ВЦИК Москва, 1931, страницы 234–237
1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Gərgər, Nikolayevka, Çubuqlu, Qaraməmməd, Kələkürək və s.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixiStepanavanStepanavan1924-cü ilQoturbulaqKatnaxpyur03.01.1935QaraməmmədAleksandrovka…ÇubuqluPokrovka…HeydərbəySverdlov01.08.1940OvandərəOvanadzor19.04.1950
Xarici keçidlər Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
İstinadlar
Həmçinin bax Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası Apaklu
Xarici keçidlər
Kateqoriya:Loru mahalı Kateqoriya:Ermənistan SSR-in rayonları Kateqoriya:Cəlaloğlu rayonu