Yuri Oleynikov () — Rusiya məmuru, dövlət və siyasi xadimi. VII çağırış Dövlət Dumasının deputatı. "Vahid Rusiya" fraksiyasının üzvü, Dövlət Dumasının Maliyyə bazarı üzrə komitəsi sədrinin müavini.

Fəaliyyəti 1978-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetini "Xarici dil biliyi olan tarixçi, müəllim" ixtisası üzrə bitirərək ali təhsil almışdır. 1987-ci ildə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının (ÜHİMŞ) Ali Məktəbində aspiranturanı bitirmiş və dissertasiya müdafiə etmişdir. Tarix elmləri namizədidir.

Məktəbi bitirdikdən sonra, 1968–1969-cu illərdə Zelenokumsk təmir zavodunda çilingər şagirdi və 2-ci dərəcəli alətçi çilingər işləmişdir. 1969–1971-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Xidmətdən sonra M. V. Lomonosov adına MDU-ya daxil olmuşdur. MDU-nu bitirdikdən sonra Ulyanovsk şəhərinə təyinat almışdır.

1978-ci ildən Komsomolun şəhər Komitəsində, daha sonra isə 1984-cü ildə ÜHİMŞ Ali Məktəbinin aspiranturasına daxil olana qədər Sov. İKP Ulyanovsk Vilayət Komitəsinin təşviqat və təbliğat şöbəsində çalışmışdır. Aspiranturanı bitirib elmlər namizədi dərəcəsi aldıqdan sonra, 1987–1991-ci illərdə ali məktəbdə müəllim, dekan müavini vəzifələrində işləmişdir.

1991–1996-cı illərdə "İnkombank" kommersiya bankında reklam və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsində çalışmışdır.

1996–1998-ci illərdə həmin dövrdə Aleksandr Xloponinin rəhbərlik etdiyi "Norilsk nikeli" RƏO-ya keçərək şirkətin xarici əlaqələr idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2001–2002-ci illərdə Taymır Muxtar Dairəsinin qubernatoru A. Q. Xloponinin administrasiyasında xarici əlaqələr üzrə müavin işləmişdir. Xloponin Krasnoyarsk diyarı administrasiyasının rəhbəri seçildikdən sonra, 2002–2005-ci illərdə qubernatorun müavini vəzifəsində çalışmışdır.

2005–2008-ci illərdə "Vahid Rusiya" Partiyasının Mərkəzi İcraiyyə Komitəsi sədrinin regional siyasət üzrə müavini işləmişdir.

2008–2010-cu illərdə "Norilsk nikeli" MMC-də baş direktorun müavini vəzifəsində çalışmışdır.

2010–2012-ci illərdə Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin aparatında müavin vəzifəsində çalışmışdır. 2012–2013-cü illərdə Moskva vilayəti hökumətində Hökumət sədrinin birinici müavini vəzifəsində işləmişdir. 2013–2015-ci illərdə Moskva vilayəti Hökumətində siyasi məsələlər üzrə vitse-qubernator olmuşdur. 2015–2016-cı illərdə Moskva Vilayət Duması tərəfindən Moskva vilayəti Hökumət sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

2016-cı ilin sentyabrında "Vahid Rusiya" Partiyasından Dövlət Dumasına namizədliyini irəli sürmüş, seçkilərin nəticələrinə əsasən 126 saylı birmandatlı seçki dairəsindən VII çağırış Dövlət Dumasının deputatı seçilmişdir.

Qanunvericilik fəaliyyəti 2016–2019-cu illərdə VII çağırış Dövlət Dumasının deputatı səlahiyyətlərini icra etdiyi dövrdə 9 qanunvericilik təşəbbüsünün və federal qanun layihələrinə düzəlişlərin həmmüəllifi olmuşdur.

Təltif və Mükafatları "Şərəf" ordeni (8 iyul 2011-ci il) — təhsil sahəsindəki xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə. Rusiya Federasiyası Hökumətinin Təşəkkürnaməsi (16 dekabr 2019-cu il) — Rusiya parlamentarizminin inkişafına verdiyi böyük töhfəyə və fəal qanunvericilik fəaliyyətinə görə.

İstinadlar

Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VII çağırış deputatları Kateqoriya:Mingəçevir şəxsləri