Rəşad Nizami oğlu Veysəlov (12 fevral 2008, Mirzəbəyli kəndi, Qəbələ rayonu) — Azərbaycan sərbəst güləşçisi. Uşaq və yeniyetmələr arasında Azərbaycan və beynəlxalq səviyyəli yarışların iştirakçısı və mükafatçısıdır.
Həyatı Rəşad Veysəlov 12 fevral 2008-ci ildə Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuşdur. 2015-ci ildən etibarən sərbəst güləşlə məşğul olur.
İdman Fəaliyyəti Veysəlov sərbəst güləş üzrə ilkin hazırlıq mərhələsini "Qəbələ" İdman Klubunda keçmişdir. Onun ilk məşqçisi Fərid Mustafayev olmuşdur. İdmançı müxtəlif yaş qrupları üzrə Azərbaycan çempionatlarında və beynəlxalq yarışlarda iştirak etmişdir.
2022-ci il U15 Azərbaycan çempionatında 57 kq çəki dərəcəsində qızıl medal qazanaraq Azərbaycan çempionu olmuşdur.
2023-cü il U15 Azərbaycan çempionatında 68 kq çəki dərəcəsində yenidən çempion olmuşdur. Həmin il Macarıstanda keçirilən Avropa çempionatında 68 kq çəki dərəcəsində bürünc medal qazanmışdır.
2024-cü il U17 Azərbaycan çempionatında 71 kq çəki dərəcəsində bürünc medal əldə etmişdir. Həmin il Bəhreyndə keçirilən Məktəblilərin Gimnaziya Oyunlarında da 71 kq çəki dərəcəsində bürünc medal qazanmışdır.
2025-ci il U17 Azərbaycan çempionatında 71 kq çəki dərəcəsində bürünc medal əldə etmişdir.
2026-cı il Yunanıstanda keçirilən U17 Dünya çempionatında Azərbaycanı təmsil etmişdir.
Hazırkı Fəaliyyəti 2026-cı ildən etibarən Rəşad Veysəlov "Qəbələ" İdman Klubunda sərbəst güləş üzrə məşqlərini davam etdirir.
İstinadlar