Hesseli Fridrix Vilhelm (; ) — Almaniya imperatoru III Fridrixin nəvəsi, Hessen şahzadəsi.

Həyatı 1893-cü ildə Frankfurtda dünyaya gəldi. Atası Hohensollern sülaləsindən Hesseli Fridrix Karl, anası isə Almaniya imperatoru III Fridrixin qızı Şahzadə Marqaritadır. Uşaqlıq illəri Kronberq malikanəsində keçdi. Bu qəsr ana nənəsi olan dul imperatriça Viktoriyanın ölümündən sonra 1901-ci ildə anasına miras qalmışdı. Anasının istəyilə ingilis üslubunda təlim-tərbiyə aldı. Frankfurtdakı Göte gimnaziyası, Potsdamdakı Helmholts gimnaziyası və Berlindəki kadet məktəbində təhsil aldı. Ardından Hannoverdəki hərbi məktəbə daxil oldu və bütün alman əsilzadə övladları kimi hərbi karyeraya yönəldi.

O əsnada başlayan Birinci Dünya müharibəsi səbəbilə cəbhəyə yollandı. Qərb cəbhəsində vuruşan Fridrix Vilhelm Laval yaxınlığında ağır yaralandı. Sağ qolu və hər iki ağciyəri zədələndi. Bir müddət hərbi hospitalda müalicə olunduqdan sonra 1915-ci ildə şərq cəbhəsinə yollandı. İndiki Rumıniyanın Konstantsa şəhəri yaxınlığında gedən döyüşlərdə 12 sentyabr 1916-cı ildə həlak oldu. Kiçik qardaşı Volfqanqın apardığı gizli danışıqların ardından cənazəsi tapıldı və yaşadıqları Kronberq malikanəsinin ərazisinə dəfn olundu.

Mənbə

Ədəbiyyat Jonathan Petropoulos: Royals and the Reich. The Princes von Hessen in Nazi Germany. Oxford University Press 2006, ISBN 0-19-920377-6 Eckhart G. Franz: Das Haus Hessen. Eine europäische Familie. Kohlhammer, Stuttgart 2005, ISBN 3-17-018919-0. Eckhart G. Franz: Haus Hessen: biografisches Lexikon, Hessische Historische Kommission Darmstadt (Verlag) 2012, ISBN 978-3-88443-411-6, S. 182, Eintrag HK 88

İstinadlar