İbrahim bəy Bakı xanı Hüseynqulu xanın əmisi oğlu, (Bəzi qaynaqlarda yaxın qohumu və ya qardaşı kimidə qeyd olunur) Və Xanlığın idarəçiliyində mühüm rol oynayan nüfüzlu Bəylərdən biri idi. Bakı xanlığının müdafiəsində və xarici təhlükələrə qarşı Hərbi qərarların verilməsində, Xanın sirdaşı və ən güvəndiyi Hərbi xadim olmuşdur. İbrahim bəyin tanınmasının səbəbi isə Çar generalı Sisianov'u öldürməsidir. Hadisə:Rus çarlığı Generalı Sisianov Bakını mühasirəyə alaraq Xanlığın tamamilə Rusiyaya tabe edilməsini tələb edirdi. Hüseynqulu xan Şəhərin açarlarını təslim etmək bəhanəsi ilə General Sisianov'u Bakı qalasının qoşa qapılarının önünə danışığa çağırır. Görüş zamanı Xanın yanında olan İbrahim bəy qəfildən tapançası ilə atəş açaraq, General Sisianovu və onun Yavəri Knyaz Eristovu yerindəcə öldürür. Rus Generalının başı kəsilərək Böyük Sərkərdə və Qacarlar dövləti vəliəhdi Abbas mirzəyə göndərilir. Bakının süqutundan sonra, İbrahim bəy Hüseynqulu xanla birlikdə Qacarlar dövlətinə mühacirət etməyə məcbur olur.Ömrünün qalan hissəsini mühacirətdə keçirən İbrahim bəy Azərbaycanın Rus işğalına qarşı apardığı müqavimət hərəkatının, Görkəmli Rəmzlərindən biri kimi tarixə düşdü.

İstinadlar