Çolpon — Ata ( ) — Qırğızıstanın İssık-Kul vilayətində yerləşən şəhər, İssık-Kul rayonunun inzibati mərkəzi, kurort şəhəri. Əhalisi — 26 600 nəfər (2025-ci il).

Tarixi Şəhər yerləşən ərazidən Böyük İpək Yolunun marşrutlarından biri keçirdi. Şəhərin Çolpon-Ata adı qırğız dilində "Çolpon" (Zəhra ulduzu Venera) və "ata" sözlərindən götürülüb.

Şəhərin adı ilə bağlı digər versiyalar da vardır. Digər versiyalara görə "Çolpon-Ata" sözü təhrif edilmiş "Çoban ata" sözlərindəndir.

2023-cü ildə şəhərin tərkibinə Bosterin aul dairəsi daxil edilib.

Turizm Çolpon-Atada 12,5 min nəfər əhali yaşayır, yay aylarında isə şəhər əhalisi Qırğızıstanaın digər bölgələrindən gələn turistlərin hesabına xeyli artır. Rusiyadan, Qazaxıstan və digər ölkələrdən də gələnlər çox olur. Son illərdə Rusiyanın Sibir bölgəsindən turist axını çoxalıb.

Turistlərin istirahəti üçün şəhərdə çoxsaylı mehmanxana, pansionat və istirahət evləri vardır.

"Bakı" hoteli 31 iyul 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı Şolpan-Atada İssık-Kul gölünün sahilində beşulduzlu "Baku Resort & Spa" mehmanxanasının açılışı olub.

"Baku Resort & Spa" "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında" 2023-cü ildə Bişkekdə imzalanmış saziş çərçivəsində inşa olunub.

Ümumilikdə 17 hektardan çox ərazini əhatə edən mehmanxana memarlıq, mədəniyyət, incəsənət, qastronomiya, sağlamlıq və istirahətin ahəngdar şəkildə bir araya gəldiyi nadir məkan kimi layihələndirilib.

Kompleksdə 330 qonağın qəbuluna imkan verən 111 otaq və 10 kottec daxildir. Mehmanxanada beynəlxalq konfranslar, korporativ görüşlər, biznes və sosial tədbirlərin təşkili üçün müasir şərait vardır.https://president.az/az/articles/view/73170

Məşhur yerliləri Muxtar Əvəzov

İstinadlar

Mənbələr - государственный — - центр " Рух Ордо -" в ЖЖ сайте Ассоциации городов Кыргызстана

Kateqoriya:Qırğızıstan şəhərləri Kateqoriya:Qırğızıstan kurortları Kateqoriya:Azərbaycan şəhərləri ilə qardaşlaşmış Qırğızıstan şəhərləri Kateqoriya:Azərbaycan şəhərləri ilə qardaşlaşmış xarici ölkə şəhərləri Kateqoriya:Asiya petroqlifləri