Fikrət Sadıxov (tam ad: Fikrət Yaqub oğlu Sadıxov) — azərbaycanlı politoloq, diplomat, ictimai-siyasi xadim və professor.
Həyatı O, uzun illər diplomatik xidmətdə çalışıb, Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərib. Hazırda Qərbi Kaspi Universitetinin professoru kimi diplomatiya və beynəlxalq münasibətlər fənlərini tədris edir. 1945-ci il dekabrın 2-də Bakıda anadan olub. Əslən şuşalı olan diplomat 1963–1968-ci illərdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil alıb. 1966–1968-ci illərdə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsində magistr təhsili alıb. 1995-ci ildə the British Council Training Centre — Course, 1998-ci ildə isə Budapeştdə Mərkəzi Avropa Universitetində təhsilini davam etdirib.
Diplomatik fəaliyyəti Diplomatik fəaliyyət Fikrət Sadıxovun diplomatik fəaliyyəti zəngindir. O, uzun illər SSRİ və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 1968–1969-cu illərdə Yəmən Ərəb Respublikasında, 1972–1975-ci illərdə Yəmən Xalq Demokratik Respublikasının Adən şəhərində diplomat, 1975–1985-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində idarə rəisi kimi çalışıb. müsahibələrinin birində deyib:
Pedaqoji və ictimai-siyasi fəaliyyəti 1993–1996-cı illərdə Sosial İdarəetmə və Politologiya İnstitutunda Beynəlxalq münasibətlər fakültəsinin professoru, 1996–1999-cu illərdə Ali Diplomatiya kollecinin professoru vəzifəsində olub. 1996-cı ildən bugünədək Qərbi Kaspi Universitetinin " Politologiya və Beynəlxalq münasibətlər" kafedrasında çalışır. Fikrət Sadıxov bir sıra diplomatik xidmət və Azərbaycanın xarici siyasət prioritetləri ilə bağlı kitabların və monoqrafiyaların müəllifidir. Ailəlidir. 1 oğlu, 2 nəvəsi və 2 nəticəsi var. Diplomatik fəaliyyəti dövründə bir sıra ölkələrdə Azərbaycanın maraqlarını təmsil edib.
Elmi fəaliyyəti
1985–1992-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində baş direktor, 1993–1996-cı illərdə Sosial İdarəetmə və Politologiya İnstitutunda Beynəlxalq münasibətlər fakültəsinin, 1996–1999-cu illərdə Ali Diplomatiya Kollecinin professoru olub. 1996-cı ildən bu günədək Qərbi Kaspi Universitetinin Siyasi elmlər və Beynəlxalq münasibətlər kafedrasında çalışır. Diplomatiyanın nəzəriyyəsi və təcrübəsi, diplomatik etiket, beynəlxalq münasibətlər və mədəni diplomatiya sahələrində dərs deyir. Çoxsaylı elmi konfrans və beynəlxalq forumların iştirakçısıdır. İctimai fəaliyyəti Fikrət Sadıxov Azərbaycanda tanınmış siyasi şərhçilərdən biridir. O, ölkənin aparıcı televiziya kanallarında və kütləvi informasiya vasitələrində beynəlxalq münasibətlər, regional təhlükəsizlik, Azərbaycan xarici siyasəti və qlobal siyasi proseslərlə bağlı ekspert rəyi ilə çıxış edir.
Təltifləri Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 7 noyabr tarixli 2419 nömrəli Sərəncamı ilə təltif edilib: "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə. Həmçinin Azərbaycanın ictimai-siyasi həyatındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2021-ci il 2523 nömrəli sərəncamı ilə Fikrət Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Azərbaycanın xarici siyasət və diplomatik sahəsindəki xidmətlərinə görə "Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019) yubiley medalı ilə təltif edilib. "Qızıl qələm" mükafatının laureatıdır. Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabi adına mükafata layiq görülüb.
Üzvü olduğu qurumlar 1980-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Vaxtilə Rəyasət heyətinin də üzvü olub.
İstinadlar
Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:SSRİ diplomatları