Adept ( — "nail olmuş", "əldə etmiş") — hər hansı təlimin, ideyanın və ya biliyin ardıcılı, adətən təəssübkeş tərəfdarı; həmin ideya və biliklərin dərk olunmasına kömək edən şəxs. Bu anlayış təkcə təlimə, şəxsiyyətə və ya təşkilata olan münasibəti deyil, həm də bu münasibətin dərəcəsini müəyyən edir. XIX əsrdən etibarən bu termin teosofiya, okkultizm, ezoterika və rozenkreyserlər arasında fəal şəkildə istifadə olunur. Bu sahələrdə adept adətən müəyyən bir inisiasiyadan geçmiş, batini biliklərə yiyələnmə dərəcəsinə və ya iyerarxik pilləyə çatmış şəxsi bildirir.
Termin həmçinin antikult hərəkatında da istifadə olunur. Burada söz mənfi çalar kəsb edir və bəzi alimlərin fikrincə, müəyyən dini azlıq qruplarına münasibətdə sosial stiqmatizasiya ("sektanın adepti") xarakteri daşıyır.
İstinadlar
Ədəbiyyat siyahısı
Əlavə ədəbiyyat siyahısı
Kateqoriya:Dinşünaslıq Kateqoriya:Mərasim magiyası Kateqoriya:Teosofiya