thumb|Qədim miniatürdə Vişnu Şeşa ilanı üzərində uzanarkən təsvir olunub. Vişnunun göbəyindən dördqollu Brahma çıxır, həyat yoldaşı Lakşmi isə onun ayaqlarına qulluq edir. Çamba, Hindistan. Narayana (, ) — Vedalar, İtihasalar, Bhaqavata Purana və digər Puranalarda adı çəkilən, müxtəlif avatarlara malik olan və Hinduizmin Vişnuizm qolunda Ali Varlıq kimi qəbul edilən Allahın adı. O, həmçinin Vişnu və Hari kimi adlarla da tanınır. Dörd Vedadan biri olan Yacurveda tərkibindəki "Narayana sukta"nın beşinci bəndində Narayananın kainatdakı hər şeyi həm xaricdən, həm də daxildən əhatə etdiyi bildirilir.

Etimologiyası Narayana sözünün bir neçə fərqli etimoloji izahı və tərcüməsi mövcuddur:

İnsanların dayağı və sığınacağı olan Ali Varlıq: Nara () sözü "insanlar" və ya "canlı varlıqlar", ayana () isə "sığınacaq", "məskən" və ya "yol" mənasını verir. Bu baxımdan Narayana "bütün canlıların sığınacağı və ya getdiyi son mənzil" deməkdir. Suların üzərində olan Biri: "Manusmriti" və Puranik mətnlərə görə, nāra () sözü "sular" (ilkin kosmik sular) mənasını verir. Sular ilk yaradılış aktında onun məskəni olduğu üçün o, Narayana ("suların üzərində hərəkət edən") adlandırılır.

İstinadlar

Xarici keçidlər

Name of Narayana even at the time of death can save a great sinner, Ajamila. http://www.ayurvedacollege.com/articles/drhalpern/om_namo_narayanaya Om Namo Narayana and Ayurveda

Kateqoriya:Hind tanrıları Kateqoriya:Hinduizm anlayışları