Marina Petrovna Romanova (; ) — Rusiya çarı I Nikolayın nəticəsi.
1892-ci ildə Nitsada dünyaya gəldi. Atası çar I Nikolayın nəvəsi böyük knyaz Pyotr Romanov, anası isə Monteneqro kralı I Nikolayın qızı Şahzadə Milisadır. Bir ailə gəzintisi əsnasında dünyaya gəldi. Ardından Sankt-Peterburqa gətirildi və burada böyüdü.
1912-ci ildə Çarskoye seloda Aleksandr Nikolayeviç Qolitsınla evləndi. Cütlüyün övladı olmadı.
Birinci Dünya müharibəsi illərində Qafqaz cəbhəsində tibb bacısı kimi arxa cəbhədə xidmət etdi. 1917 Fevral inqilabından xilas olan ailə öncə Krıma qaçdı. 1919-cü ilədək burada qalan ailə ardından cənubi Fransaya yollandı. 1981-ci ildə burada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Zeepvat, Charlotte, The Camera and the Tsars, Sutton Publishing, 2004, . Zeepvat, Charlotte, Romanov Autumn, Sutton Publishing, 2000,
İstinadlar