thumb|"Söz olmasaydı" əsərinin Melodiya plak şirkəti tərəfindən buraxılmış qramafon valı
"Söz olmasaydı" — sözləri şair Ənvər Əlibəyliyə, musiqisi bəstəkar İbrahim Topçubaşova məxsus olan Azərbaycan mahnısıdır. Əsər Türkiyədə "Dağlarda duman gözəldir" adı altında da tanınmış, lakin uzun müddət müəllifsiz (anonim) folklor nümunəsi kimi yayımlanmışdır.
Yaranma tarixi Azərbaycan mətbuatında yer alan məlumata görə, 1960-cı ilin yanvar ayında Ənvər Əlibəyli ilə İbrahim Topçubaşov bir ailə görüşündə bir araya gəlmişlər. Həmin anda Topçubaşov yeni bir melodiya çalmağa başlamış, Əlibəyli isə eyni zamanda sözlərini qələmə almışdır. Beləliklə, "Söz olmasaydı" iki dostun səmimi bir ortamda birlikdə yaratdığı əsər kimi meydana gəlmişdir. Hər iki sənətçi əsəri öz həyat yoldaşlarına həsr etmişdir — Ənvər Əlibəyli həyat yoldaşı Şövkət xanıma, İbrahim Topçubaşov isə həyat yoldaşı Suğra xanıma.
İlk ifalar və qeydlər Əsər ilk dəfə 19 Mart 1960-cı il tarixində Şövkət Ələkbərova tərəfindən ifa edilərək dinləyicilərlə görüşmüşdür. Eyni il Azərbaycan Radio və Televiziyasının yayım siyahısına daxil edilmiş, 8 Fevral 1961-ci ildə isə Gülağa Məmmədov tərəfindən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə studiya yazısı həyata keçirilmişdir. 1961-ci ildə Parisdə plak olaraq yayımlanan əsər beləliklə beynəlxalq dövriyyəyə də daxil olmuşdur.
Melodiya plak şirkətinin nəşrləri: D-10424 nömrəli plak (1961) — Şövkət Ələkbərova tərəfindən ifa edilmiş, ГОСТ 2289-61 standartını daşıyır. D-9802 nömrəli plak (1961) — Gülağa Məmmədov tərəfindən ifa edilmişdir. Bu plağın iki fərqli etiket variantı aşkar edilmişdir (ГОСТ 5289-61 və ГОСТ 5289-56), lakin plak nömrəsinin eyni olması bunların eyni nəşrə aid olduğunu göstərir.
Hər iki plakda musiqi müəllifi kimi İbrahim Topçubaşov, söz müəllifi kimi Ənvər Əlibəyli göstərilmişdir.
Türkiyədə istifadəsi Əsər Türkiyədə "Dağlarda duman gözəldir" adı altında müğənni Nesrin Sipahi tərəfindən plaka yazdırılmışdır. Bu nəşrdə bəstəkar və söz müəllifi məlumatı göstərilməmiş, əsər yalnız "Azeri" mənşəli kimi qeyd edilmişdir.
3 Oktyabr 1968-ci il tarixli türk mətbuatında ("Yıl: 2, Sayı: 89") yer alan bir xəbərə görə, Türk Xərçəng Araşdırma Qurumunun dəvətlisi olaraq Türkiyəyə gələn Bakı Tibb Fakültəsi Dekanı Prof. Dr. İbrahim Topçubaşov, Nesrin Sipahini Sovet Rusiyada konsert verməyə dəvət etmişdir. Xəbərdə Topçubaşovun tanınmış bəstəkarlardan biri olduğu, Nesrin Sipahini "Süreyya" adlı plaqından tanıdığı və İzmirdə sənətçi ilə tanış olduğu bildirilir. Topçubaşov, öz əsəri olan "Dağlarda duman Gözəldir"i Nesrin Sipahiyə dinlətdiyini, sənətçinin bu əsərə heyran qaldığını və özünə daha beş Azəri mahnısının notlarını hədiyyə etdiyini bildirmişdir.
TRT dərləməsi və anonim status 1998-ci ildə aparılan TRT dərləmə araşdırmasında əsər yenidən qeydə alınmış, lakin bu dəfə əsərin yaranma yeri səhvən Kars bölgəsi olaraq göstərilmiş və əsər "anonim" statusu ilə TRT arxivinə daxil edilmişdir.
Müəllifliyin araşdırılması Ahenk Müzik (Türkiyə) və IK Studio (Azərbaycan) şirkətlərinin apardığı araşdırma, bəstəkar və söz müəllifinin vərəsələri ilə aparılan danışıqlar nəticəsində irəliləmişdir. Bu proses zamanı vərəsə tərəfindən 1968-ci il tarixli yuxarıda qeyd olunan qəzet materialı təqdim edilmişdir.
Təqdim olunan tarixi mənbələr (plak nəşrləri, mətbuat materialları və dövr sənədləri) bir yerdə dəyərləndirildikdə belə nəticəyə gəlinir: "Söz olmasaydı" əsəri ən gec 1960-cı ildə ictimaiyyətə təqdim edilmiş, söz müəllifi Ənvər Əlibəyli, bəstəkarı isə İbrahim Topçubaşovdur. Əsər, 1960, 1961 və 1962-ci illərə aid fərqli mənbə və qeydlərlə dəfələrlə sənədləşdirilmişdir.
Türkiyə Müəllif Hüquqları İctimai Birliyi (MESAM) verilənlər bazasında əsər əvvəlcə anonim statusda qeydə alınmışdır. IK Studio və Ahenk Müzikin rəsmi müraciəti əsasında MESAM tərəfindən məsələ araşdırılmış və nəticədə əsər anonim statusundan çıxarılaraq həqiqi hüquq sahiblərinin — söz müəllifi Ənvər Əlibəyli və bəstəkar İbrahim Topçubaşovun — adına rəsmi qeydiyyata alınmışdır.
İfaçılar Gülağa Məmmədovun ifasında YouTube dinlə İntiqam Kazımovun ifasında YouTube dinlə
Əsərin sözləri Azərbaycan diliDağlarda duman gözəldir Qaşların kaman gözəldir Dağlarda duman gözəldir Qaşların kaman gözəldir Sözünə heç bir söz olmaz Gözlərin yaman gözəldir Sözünə heç bir söz olmaz Gözlərin yaman gözəldir
Alıbdır ağlımı başdan Keçmək olmaz bu göz-qaşdan Alıbdır ağlımı başdan Keçmək olmaz bu göz-qaşdan
Səni mən yaman sevirəm Ürəkdən, candan sevirəm Səni mən yaman sevirəm Ürəkdən, candan sevirəm Mənə gəl eylə vəfa, yar Aşiqə etmə cəfa, yar Mənə gəl eylə vəfa, yar Aşiqə etmə cəfa, yar
Söyüdlər başın əyəndə Sənə mən yarım deyəndə Söyüdlər başın əyəndə Sənə mən yarım deyəndə Sanaram dünya mənimdir Gözünə gözüm dəyəndə Sanaram dünya mənimdir Gözünə gözüm dəyəndə
Alıbdır ağlımı başdan Keçmək olmaz bu göz-qaşdan Alıbdır ağlımı başdan Keçmək olmaz bu göz-qaşdan
Səni mən yaman sevirəm Ürəkdən, candan sevirəm Səni mən yaman sevirəm Ürəkdən, candan sevirəm Mənə gəl eylə vəfa, yar Aşiqə etmə cəfa, yar Mənə gəl eylə vəfa, yar Aşiqə etmə cəfa, yar
O qara göz olmasaydı Əhdimiz düz olmasaydı O qara göz olmasaydı Əhdimiz düz olmasaydı Sənə heç könül verərdim Sözümüz söz olmasaydı? Sənə heç könül verərdim Sözümüz söz olmasaydı?
Alıbdır ağlımı başdan Keçmək olmaz bu göz-qaşdan Alıbdır ağlımı başdan Keçmək olmaz bu göz-qaşdan
Səni mən yaman sevirəm Ürəkdən, candan sevirəm Səni mən yaman sevirəm Ürəkdən, candan sevirəm Mənə gəl eylə vəfa, yar Aşiqə etmə cəfa, yar Mənə gəl eylə vəfa, yar Aşiqə etmə cəfa, yar
Sənədlər 1968-ci il tarixli qəzet materialı (Nesrin Sipahi plakı ilə bağlı, əsərin anonim olmadığına dair sübut): PDF Bax TRT dərləməsində əsərin anonim statusuna dair sənəd: PDF Bax MESAM-ın rəsmi cavabı (anonim statusun ləğvi): Şəklə bax
İstinadlar
Melodiya plak nəşrləri, D-10424 (1961), D-9802 (1961) Azərbaycan mətbuatı, əsərin yaranma tarixinə dair məqalə Türk mətbuatı, 3 Oktyabr 1968, Yıl: 2, Sayı: 89
Kateqoriya:Azərbaycan mahnıları Kateqoriya:Ənvər Əlibəyli Kateqoriya:İbrahim Topçubaşov Kateqoriya:1960-cı ilin mahnıları