Françesko Totti (; 27 sentyabr 1976, Roma, İtaliya) — İtaliya futbolçusu, Roma futbol klubunun kapitanı, İtaliya milli futbol komandasının oyunçusu. Totti FİFA-nın "Dünyanın ən yaxşı 125 futbolçusu" siyahısında yer alır. 2 dəfə İtaliya milli futbol çempionatında ilin futbolçusu, 5 dəfə isə ilin italyan futbolçusu seçilmişdir. İtaliya milli futbol çempionatı tarixində ən çox qol vuran futbolçular sırasında 250 qol ilə 2-ci sıradadır. UEFA Çempionlar Liqasında və UEFA Avropa Kubokunda toplam 270 qol vurmuş və 143 qola assistentlik etmişdir. 2011-ci ildə Kriştiano Ronaldo, Ueyn Runi kimi futbolçuları qabaqlayaraq Avropanın ən yaxşı futbolçusu seçilmişdir.

Həyatı Fraçesko Totti 27 sentyabr 1976-cı ildə İtaliyanın paytaxtı Roma şəhərində anadan olub. Roma futbol klubunun "Qızıl uşağı", "Qladiatoru" ləqəblərini daşıyır.

Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:FİFA 100 Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:Futbol üzrə Aralıq dənizi Oyunları medalçıları Kateqoriya:Cəngavərlik tituluna layiq görülmüş futbol şəxsləri Kateqoriya:Roma şəxsləri Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri