Çingiz Xəlifəzadə () — Azərbaycanın tanınmış geoloq-alimi, geologiya-mineralogiya elmləri doktoru, professor, Əməkdar geoloq, Əməkdar müəllim, Əməkdar elm xadimi, Vyetnam Demokratik Respublikasının Əməkdar neft sənayesi işçisi.
Həyatı Çingiz Xəlifəzadə 17 fevral 1931-ci ildə Şəkidə anadan olub. Azərbaycan SSR EA-nın Geologiya İnstitutunda, SSRİ EA Dağıstan MSSR Mərkəzinin (Rusiya Federasiyası) Geologiya İnstitutunda, Azərbaycan Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışıb.
Çingiz Xəlifəzadənin elmi və pedaqoji fəaliyyəti 1981-ci ildən indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə bağlı olub, 2016-cı ilədək burada kafedra müdiri işləyib. Həmin ildən Geoloji kəşfiyyat fakültəsində məsləhətçi-professordur.
2025-ci ildə haqqında "Geologiya elminin zirvəsində" adlı kitab çap olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:SSRİ geoloqları Kateqoriya:Azərbaycan uzunömürlüləri