Niderlandlı Aleksandr (; ) — III Niderland kralı III Vilhelmin oğlu, Oran şahzadəsi. 1882-1884-cü illərdə Niderland mason lojasının böyük ustadı idi.

1851-ci ildə Haaqadakı Nordeynde sarayında dünyaya gəldi. Atası III Niderland kralı III Vilhelm, anası isə Vürtemberq kralı I Vilyamın qızı Şahzadə Sofiyadır. Atasının səltənətində doğulan ilk övladı oldu. Yaşca böyük qardaşı vəliəhd Vilhelmin 1879-cu ildə Parisdə vəfatının ardından həm taxt varisi, həm də Oran şahzadəsi ünvanlarını qazandı.

Danimarka kralı IX Kristianın qızı Şahzadə Tira və Portuqaliya kralı I Miquelin qızı İnfanta Mariya Anna ilə evləndirilməsi müzakirə edilsə də, bu müzakirələr nəticəsiz qaldı. 21 iyun 1884-cü ildə Haaqada tifus səbəbilə vəfat etdi. Cənazəsi 17 iyulda Delftə gətirildi və burada ailə məzarlığına dəfn olundu. Ölümünün ardından atasının ikinci evliliyindən doğulan yeganə övladı Şahzadə Vilhelmina taxt varisi elan olundu. Üstəlik kralın oğul övladı qalmadığı üçün Lüksemburq hersoqluğu da onun ölümündən sonra ailənin Nassau qoluna mənsub Şahzadə Adolfa qaldı.

Mənbə

Ədəbiyyat

Jørgen Pedersen (2009). Riddere af Elefantordenen, 1559–2009 (in Danish). Syddansk Universitetsforlag. p. 467. ISBN 978-87-7674-434-2 Lammers, Fred J. (1998). Alexander, de vergeten kroonprins. Bosch & Keuning. ISBN 978-90-246-0437-1

İstinadlar