Kənan (; ) — yəhudi və bəzi islam mənbələrinə görə Hamın oğlu, Nuhun nəvəsi.
Yəhudlikdə
Tövratdakı məlumata görə, Böyük tufandan sonra Nuh üzüm yetişdirmək və şərab hazırlamaqla məşğul idi. Nuh bir dəfə həddindən artıq sərxoş olmuş və çadırında çılpaq vəziyyətdə yatıb qalmışdır. Atasını bu halda görən Ham (Kənanın atası) çöldə olan qardaşlarına xəbər vermişdir. Onlar da paltar gətirib geri-geri yeriyərək atalarının üstünə örtmüşlər. Nuh ayıldıqdan sonra bu hərəkətinə görə Hamın oğlu Kənanı lənətləmişdir.
İslamda İslam mənbələrinə görə Nuhun Ham, Sam və Yafəs adlı üç oğlu var idi. Dördüncü oğlu Kənan (və ya Yam) tufan vaxtı gəmiyə minməmiş və suda boğulmuşdur.
Həmçinin bax Kənan
İstinadlar
Kateqoriya:Tövratdakı şəxslər Kateqoriya:Əfsanəvi ilk insanlar