thumb|400x400px İbrahim ibn Məhəmməd Səqəfi (təq. 803 – 896) adlı Kufəli Şiə tarixçi tərəfindən qələmə alınan "əl-Ğarat" kitabı erkən dövr İslam siyasi tarixinin hadisələrini nəql edən mühüm bir sənəd toplusu xarakterini daşıyır.
Əsərin mövzusu "əl-Ğarat" (Basqın və talanlar) kitabının əsas mövzusunu Müaviyə ibn Əbu Süfyanın hakimiyyətini möhkəmləndirmək məqsədilə Şam bölgəsindən göndərdiyi hərbi dəstələrin İraq, Hicaz, Yəmən və ətraf ərazilərə təşkil etdiyi basqınları əhatə edir.İbrahim ibn Məhəmməd Səqəfi, əl-Ğarat, səh.3, Bakı, 2026. Kitabda Muaviyə ilə Əli ibn Əbu Talib arasında məktub və yazışmalar qeyd edilmiş, Əli ibn Əbu Talibin beytül-mal ilə rəftarı, məmurlarına göstərişləri, Əli ibn Əbu Talibin xütbə və hikmətli kəlamları, eləcə də, müxtəlif qəbilələrin mövqeləri, Muaviyəni dəstəkləyən şəxslər və onların siyasətləri əsərin əsas mövzularını əhatə edir.
Nəsr ibn Müzahimin "Vaqatu-Siffin" və İbrahim ibn Məhəmməd Səqəfinin "əl-Ğarat" əsərləri Seyyid Rəzi tərəfindən qələmə alınan Nəhcül-Bəlağə kitabının əsas qaynaqlarını təşkil edir.
Tərcüməsi "əl-Ğarat" kitabı 2026-cı ildə Hilal Ağamoğlanov tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Layihə məhsulu Taleh Abbasova məxsusdur.
Yazılma metodikası Kitabın diqqətçəkən xüsusiyyətlərindən biri müəllifin isnadlı nəql metoduna ciddi şəkildə riayət etməsidir. Rəvayətlər müxtəlif Kufə və Bəsrə mənşəli ravilərdən nəql edilir, bəzi hallarda isə müəllif eyni hadisə ilə bağlı fərqli rəvayətləri yanaşı təqdim edərək oxucuya müqayisə imkanı yaradır.
İbrahim Səqəfinin elmi etibarlılığının mühüm göstəricilərindən biri onun hakimiyyət dairələrindən və saray mühitindən uzaq olması idi.İbrahim ibn Məhəmməd Səqəfi, əl-Ğarat, səh.5, Bakı, 2026. Fikirlərini paylaşmaq üçün müxtəlif bölgələrə səfər etmiş, dürüst sözlülüyü və mötədil mövqeyi ilə seçilmişdir. Barəsində yazdığı şəxsiyyətlərin söz və əməllərini obyektiv şəkildə göstərmiş, onları nə idealizə etmiş, nə də qəsdən mənfi çalarlara yükləmişdir. Əksinə, hadisələri baş verdiyi kimi, artırmadan və azaltmadan nəql etməyə çalışmışdır.
İstinadlar