Avropa Etnik Dinlər Konqresi ( və ya qısaca WCER/ECER) — Avropanın etnik dinlərinin, əsasən də xristianlıqdan əvvəlki Avropa dini ənənələrinin və neobütpərəstliyin inkişafını, eləcə də mühafizəsini təşviq etmək məqsədilə yaradılmış beynəlxalq təşkilat. Təşkilatın əsası 21–23 iyun 1998-ci il tarixlərində Litvanın Vilnüs şəhərində keçirilən ilk konqresdə qoyulmuşdur.

Tarixi Təşkilat ilkin olaraq "Ümumdünya Etnik Dinlər Konqresi" () adı ilə təsis edilmişdir. Təşkilatı İnduizm dininə yaxınlaşdırmaq və qlobal miqyasa çıxarmaq məqsədilə 2006 və 2009-cu il konqresləri Hindistanda keçirilsə də, təşkilatın üzv bazası əsasən Avropada qalmış və Avropa neobütpərəst hərəkatları ilə bağlılığını hifz edib saxlamışdır. Buna görə, 2010-cu ildə İtaliyadakı konfransda təşkilatın adı rəsmən "Avropa Etnik Dinlər Konqresi" (ECER) olaraq dəyişdirilmişdir.

Konfransların siyahısı Təşkilatın fəaliyyət dövrü ərzində keçirilən rəsmi konfransların xronoloji siyahısı aşağıdakı kimidir:

Sıra İl Şəhər Ölkə 1 1998 Vilnüs 2 1999 Telşyay 3 2000 Bradeşyay 4 2001 Vilnüs 5 2002 Vilnüs 6 2003 Vilnüs 7 2004 Afina Yunanıstan 8 2005 Antverpen 9 2006 Caypur 10 2007 Riqa, Yurmala, Siqulda 11 2008 Yencixovitse 12 2009 Naqpur 13 2010 Boloniya 14 2012 Odense 15 2013 Praqa

İstinadlar

Ədəbiyyat siyahısı

Xarici keçidlər

Kateqoriya:Politeizm