Zənci Musa və ya Sudanlı Zənci Musa həmçinin Sudanlı Zənci Musa Bəy (; ) — Təşkilati Məxsusə üzvü və Osmanlı ordusu könüllü əsgəri. O, İtaliya–Osmanlı müharibəsindən (Trablisqarb döyüşündən) Birinci Dünya müharibəsinə qədər imperiyanın iştirak etdiyi bütün müharibələrdə vuruşub. Zənci Musa Əşrəf Səncər Quşçubaşının yavəri olub. Həyatı Zənci Musa 1880-ci ildə Kritdə andan olub. Əslən Sudandandır. Atası ilə birlikdə Kritdə yaşayarkən, atasının vəfatından sonra türk heyranı olan babasının yanına – Qahirəyə köçüb və türklərin yaşadığı məhəllədə böyüyüb. Musa türk dilini mükəmməl səviyyədə məhz bu məhəllədə öyrənib. 1911-ci ildə babası ilə birlikdə könüllü olaraq İtaliya–Osmanlı müharibəsiə qatılıb. Bu ərəfədə yerli əhalini italyanlara qarşı təşkilatlandırmaq üçün Liviyaya gələn Əşrəf Səncər Quşçubaşı ilə tanış olub və onun yavəri olub.

İtaliya–Osmanlı müharibəsi bitdikdən sonra Balkan müharibələrinə, Birinci Dünya müharibəsi zamanı isə Sinay və Fələstin cəbhəsinə, Hicaz-Yəmən cəbhəsinə, Çanaqqala döyüşünə və Süveyş əməliyatına qatılıb. Camal Kutayın iddiasına görə, İstanbulun işğalı günlərində Britaniya ordusunun generalı Çarlz Harinqton Musanı ingilislərin tərəfinə çəkmək üçün ona qızıl təklif etmiş, lakin Musa bunu qəbul etməmişdir. İştirak etdiyi müharibələrdə həm silahlı mübarizə aparmış, həm də kəşfiyyat fəaliyyətləri həyata keçirmişdir.

1919-cu ildə Üsküdarda Şeyx Ata Əfəndinin Özbəklər təkyəsində yaşayarkən vərəm xəstəliyindən vəfat edib. Nəşi Özbəklər təkyəsinin yanında yerləşən qəbiristanlıqda dəfn olunub. Hazırda məzarının dəqiq yeri tapılmadığı üçün qəbiristanlıq daxilində müəyyən olunmuş bir yerdə onun xatirəsinə başdaşı (kitabə) qoyulub.

Populyar mədəniyyətdəki yeri Mehmet Akif Ərsoy 1915-ci ildə Ərəbistan səfəri zamanı Əşrəf Səncər Quşçubaşının yanındakı Zənci Musa ilə tanış olub. Ərsoy daha sonra Zənci Musa haqqında bu misraları qələmə alıb:

İstinadlar

Xarici keçidlər Osmanlı ve Milli Mücadele'nin unutulmaz istihbaratçısı: Zenci Musa AK YÜREKLİ BİR OSMANLI CENGAVERİ: KUŞÇUBAŞI EŞREF'İN FEDAİSİ ZENCİ MUSA

Kateqoriya:Təşkilati Məxsusə Kateqoriya:Üsküdarda vəfat edənlər Kateqoriya:Vərəm xəstəliyindən ölənlər