Ubeydə ibn əl-Haris ibn Müttalib əl-Haşimi (; ) — Məhəmmədin səhabəsi, ilk komandanlarından biri və həlak olmuş ilk qohumu.
Həyatı O, Məhəmməddən 10 yaş böyükdür. Atası Əbdülmüttəlibin əmisi oğlu olan əl-Haris ibn Müttalib, anası isə Süheylə bint Xuzai ibn Huveyrisdir.
O, İslamı müsəlmanlar hələ Dərül-Əqramda ikən, Əbu Bəkr vasitəsi ilə qəbul etmişdir. Onun doqquzuncu müsəlman olduğu bildirilmişdir.
Ubeydə ibn əl-Haris Mədinəyə hicrət etmiş, 60 (və ya 80) nəfərlik bir dəstəyə komandan təyin edilmiş və ona Məhəmməd tərəfindən bir bayraq verilmişdir. Bu, İslam tarixində qaldırılmış ilk bayraq olmuşdur. Rəbiğ səriyyəsi adlanan bu döyüşdə müsəlmanlar Əbu Süfyanın başçılıq etdiyi bütpərəstlərdən ibarət dəstəni geri çəkilməyə məcbur etmişlər. İbn İshaqın bildirdiyinə görə, bu hadisə İslam tarixində baş verən ilk silahlı qarşıdurma olmuşdur.
Onun iştirak etdiyi ikinici döyüş Bədrdir. Bu döyüşdə o, Utbə ibn Rəbiə ilə qarşılaşmış, onu yaralamağı bacarsa da, özü də ağır yaralanmış və aldığı yaradan iki gün sonra 63 yaşında vəfat etmişdir.
Mənbələrə görə, Ubeydə ibn əl-Harisin Muaviyə, Əvn, Münqiz, əl-Haris, Məhəmməd, İbrahim, Rəytə, Xədicə, Süheylə və Səfiyyə adlı on övladı olmuşdur.
Hədis mənbələrinə görə Həcc surəsinin 19-cu ayəsi Ubeydə ibn əl-Haris haqqında nazil olmuşdur.
İstinadlar
Kateqoriya:Səhabələr