Azov dənizi üzərində kəşfiyyat təyyarələrinə hücum — 14 yanvar 2024-cü ildə Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Azov dənizinin akvatoriyası üzərində baş vermiş aviasiya hadisəsidir.

2024-cü il yanvarın 14-də axşam Ukrayna teleqram kanalları Azov dənizi üzərində Rusiyaya məxsus A-50 kəşfiyyat təyyarəsinin vurulduğunu yazdılar. Həmçinin Rusiyaya məxsus İl-22M təyyarəsinin də zədələndiyi bildirilirdi, lakin o, zədələr almasına baxmayaraq, Anapa aeroportuna enə bilib.

Jurnalistlər A-50-nin vurulmasını Rusiyanın Ukraynaya müdaxiləsi dövründə Rusiya aviasiyasının bir anda verdiyi ən böyük itkilərdən biri adlandırırdılar.

İstinadlar