Pşemaxo Tomaşeviç Kotsev (; ) — 1917-1920-ci illərdə Şimali Qafqazın görkəmli siyasi xadimlərindən biri. Dağlılar Respublikası hökumətinin sədri (1918-1919).Berzeg, Sefer E. (2011). Kuzey Kafkasya Cumhuriyeti Devlet Başkanı Pşımaho Kotse (Kosok), Yaşamı ve Gurbet Yazıları. Ankara : Kuban Yayıncılık.Karmov, A.X. (2013). ДОРЕВОЛЮЦИОННАЯ ПУБЛИЦИСТИКА П.Т. КОЦЕВА. Известия Кабардино-Балкарского научного центра РАН, No : 4 (54), S:190-196. (DEVRİM ÖNCESİ GAZETECİ P.T. KOTSEVA. Rusya Bilimler Akademisi Kabardey-Balkar Bilim Merkezi'nin İzvestiyası).Karmov, A.X. (2017). ДОРЕВОЛЮЦИОННАЯ ЭМИГРАНТСКАЯ ПУБЛИЦИСТИКА П.Т. КОЦЕВА. Вестник Института гуманитарных исследований Правительства Кабардино-Балкарской Республики и Кабардино-Балкарского Научного центра Российской академии наук. No : 3 (34), S: 19-33. (DEVRİMCİ GÖÇMEN GAZETECİ P.T. KOTSEVA. Kabardey-Balkar Cumhuriyeti Hükümeti İnsani Araştırma Enstitüsü ve Rusya Bilimler Akademisi Kabardey-Balkar Bilim Merkezi Bülteni)Berzeg, Sefer E. (Ocak 2006). Kuzey Kafkasya Cumhuriyeti 1917-1922, Sovyet Karanlığına Girerken (III. Cilt). İstanbul : Birleşik Kafkasya Derneği.
Həyatı Pşemaxo Kotsev 12 aprel 1884-cü ildə Rusiya imperiyasının Terek vilayətinin Nalçik dairəsinin Babukovo (indiki Sarmakovo) kəndində, kabardin zadəganı Kotsev Tamaşa Hüseynoviçin ailəsində anadan olub. Atası ilxıçı və işgüzar təsərrüfatçı olub, Şimali Qafqaz şəhərlərində fəal ticarətlə məşğul olub.
İbtidai təhsilini Pyatiqorsk şəhərində alıb. 1905-ci ildə təhsilini Novorossiysk gimnaziyasında davam etdirib və oranı uğurla başa vurub. 1910-cu ildə Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirib və Rusiya imperiyası universitetlərinin ümumi nizamnaməsində nəzərdə tutulmuş bütün hüquqlarla birinci dərəcəli diplom alıb.
Siyasi fəaliyyəti 300px|thumb|left|Şimali Qafqaz Dağlıları İttifaqının İkinci Qurultayı. Sentyabr 1917. Vladiqafqaz. Ön sırada, sağdan ikinci olan Kotsev dayanır. Pşemaxo Kotsev 22 noyabr 1910-cu ildən etibarən Yekaterinodar (hazırkı Krasnodar) şəhərində məhkəmə məmuru kimi fəaliyyətə başlayıb, burada kiçik namizəddən tutmuş Novoçerkassk dairəsinin andlı müvəkkilinə qədər müxtəlif rütbələrdə çalışıb.
Fevral inqilabı, Oktyabr inqilabı, Qırmızı terror və Ağ terror, eləcə də Vətəndaş müharibəsinin nəticəsi olaraq ortaya çıxmış Şimali Qafqazdakı ictimai-siyasi hadisələrin fəal iştirakçısı və dağlı xalqlarının milli-azadlıq hərəkatının təşkilatçılarından biri olub. Qafqazda bolşevik təsirinin artmasının qarşısını almağın fəal tərəfdarı olub, Oktyabr inqilabı və Qırmızı terrorda iştirak etməyib. Sonralar, Anton Denikin qoşunlarının Dağlılar Respublikası ərazisinə müdaxiləsinə yol verilməməsini fəal şəkildə müdafiə edib, ağqvardiyaçılar hərəkatında və Ağ terrorda da iştirak etməyib.
1917-ci ilin martından etibarən Kabardada Müvəqqəti Hökumətin orqanı kimi yaradılmış Nalçik mülki icraiyyə komitəsinin tərkibinə daxil olub, Şimali Qafqazın Vətəndaş müharibəsinə (1917–1921) sürüklənməsinə qarşı fəal çıxış edib. Çərkəzlər federativ siyasi cəmiyyət kimi Cənub-Şərq İttifaqının (kazaklar və digərləri ilə birlikdə) tərkibinə daxil olmaq qərarına gəliblər. Bu ittifaqın hökumətinə dağlıların tərəfindən Pşemaxo Kotsev və başqaları seçilib. Bundan əlavə, Pşemaxo Kotsev Kuban Qanunverici Radasında çərkəzlərin yeddi nümayəndəsindən biri olub.
Bununla belə, Dağlılar Respublikası 1918-ci ilin yazına doğru Kuban kazaklarından təcrid olunub. Bu, əvvəlcə bolşevik qoşunları, daha sonra isə imperiyanın bütövlüyünü qorumaq naminə Qafqazı silah gücü ilə yenidən "fəth etməyə" məcbur olan Könüllü Ordunun (Denikinin başçılığı ilə) hissələri tərəfindən həyata keçirilib. 11 may 1918-ci ildə Batumi konfransında Dağlılar (Şimali Qafqaz) Respublikasının müstəqilliyi elan olunub və Pşemaxo Kotsev Dağlılar Respublikasının daxili işlər naziri təyin edilib (hökumət başçısı isə Tapa Çermoyev seçilib). 26 noyabr 1918-ci ildə Pşemaxo Kotsev Bakı şəhərində Antanta nümayəndələri ilə (ingilislərin şəxsində) danışıqlarda iştirak edib. Burada ingilislər Dağlılar Respublikasını tanıma prosesini təxirə salıb (Paris Sülh Konfransına qədər), lakin Pşemaxo Kotsevə yeni koalisiya hökuməti qurmağı təklif ediblər.
10 dekabr 1918-ci ildə Terek kazakları tərəfindən səlahiyyətli nümayəndələr — K.İ.Sapronov və F.İ.Kireyev, Dağlılar Respublikası tərəfindən isə Tapa Çermoyev və Pşemaxo Kotsev Terek diyarı kazakları və kəndlilərinin Qafqaz Dağlı Xalqları İttifaqına hüquqi bərabər üzv kimi daxil olması və bolşeviklərə qarşı mübarizədə hərbi qüvvələrin birləşdirilməsi haqqında Müqavilə imzalayıblar. Bu müqaviləyə əsasən baş komandanlıq Antantanın nümayəndəsinə (ingilislərə) verilirdi. Müqavilənin digər bir məqsədi isə "əhali üçün dağıdıcı olan və müxtəlif əhali qrupları arasında daimi toqquşmalara səbəb olan soyğunçuluq və quldurluğun qarşısını almaq" olub.
15 dekabr 1918-ci ildə Tapa Çermoyev istefa verib, Pşemaxo Kotsev isə Dağlılar Respublikası Hökumətinin Sədri seçilib. 350px|thumb|right|Pşemaxo Kotsev Temirxan-Şurada keçirilən Dağlılar qurultayının iştirakçılarının portretlərinin eskizində. Yanvar 1919. Müəllif: Yevgeni Lansere 1919-cu ilin əvvəlində Pşemaxo Kotsev Qroznı şəhərində Anton Denikinlə görüşüb və burada Denikinin Dağlılar Respublikasının buraxılması barədə ultimativ tələblərini rədd etmək məcburiyyətində qalıb. Denikin (ağqvardiyaçı) komandanlığı ilə bir sıra uğursuz danışıqlardan sonra Pşemaxo Kotsev hökuməti Denikin ordusunun düşmənçilik hərəkətlərini rəsmi şəkildə pisləyərək Antantaya və Paris Sülh Konfransına müraciət edib, lakin bunun da bir faydası olmayıb. 22 mart 1919-cu ildə bütün bunlar Pşemaxo Kotsev hökumətinin istefası ilə nəticələnib. Lakin Respublika Parlamenti onu yenidən seçib və yeni hökumət qurmağı tapşırıb. Pşemaxo Kotsevin ikinci hökuməti birincidən daha ağır şəraitlə üz-üzə qalıb. Ağqvardiyaçı ordular döyüşərək Dağlılar Respublikasının daxilinə doğru irəliləyib. Antanta vasitəsilə edilən heç bir diplomatik təsir tədbiri Denikini dayandıra bilməyib. Respublikaya daxil olan xalqlar silah əldə müstəqilliklərini müdafiə etməyə başlayıblar, lakin müstəqillik uğrunda müharibənin miqyasının genişlənməsinə bolşevik təbliğatı mane olub. Respublika hökumətinin daxilində iki kiçik müxalif qüvvə yaranıb. Onlardan biri ağqvardiyaçı qüvvələrdən qorxaraq onlarla yaxınlaşmağı təklif edib, digəri isə bolşevik ideyalarını təbliğ edib. Bolşevik təhlükəsi hələ tam aydın olmasa da, Denikin qoşunları artıq respublikanı məhv edirdi. Hücum edən Denikin ordusunun Dağlılar Respublikası qüvvələrindən qat-qat üstün olduğunu görən hökumət, qan tökülməsində heç bir perspektiv görməyib. Bu səbəbdən tezliklə Pşemaxo Kotsev hökuməti həmrəylik nümayiş etdirərək istefa verib. Ona yeni hökumət formalaşdırmaq təklif olunsa da, o, bundan qətiyyətlə imtina edib.
Şimali Qafqaz ağqvardiyaçılar tərəfindən tutulduqdan sonra Kotsev Ədliyyə naziri Taceddin Penzulayevlə birlikdə denikinçilər tərəfindən həbs edilib. Lakin Denikinin Osetiya üzrə hakimi general Yakov Habayevin generallar Vladimir Lyaxov və Nikolay Baratova müraciətindən (vəsatətindən) sonra həbs olunanlar azadlığa buraxılıb.
Mühacirətdə 2 sentyabr 1919-cu ildə onun fəal iştirakı ilə Tiflisdə Qafqaz Dağlı Xalqlarının İttifaq Məclisi yaradılıb və bu məclis Qafqazdakı antibolşevik və antidenikinçi qüvvələrin cazibə mərkəzinə çevrilib. 1920-ci ilin martında Tiflisə mühacirət edib. 18 oktyabr 1920-ci ildə Pyotr Vrangel tərəfdarları Kamal paşa ilə əlaqələr bəhanəsilə Gürcüstan hökumətindən Pşemaxo Kotsevin həbs edilməsinə nail olublar, lakin o, sonradan sərbəst buraxılıb.
1920-ci ilin sonlarında Türkiyəyə mühacirət edib və orada sonralar öz tarixi əsərlərini — "Şimali Qafqazda inqilab və sovetləşmə", "Şimali Qafqaz: azadlıq və müstəqillik uğrunda mübarizə tarixindən səhifələr" və digərlərini yazıb. 24 yanvar 1922-ci ildə Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümum-Rusiya Fövqəladə Komissiyasının (VÇK) xarici şöbəsinin 541 nömrəli iş üzrə hesabatında Pşemaxo Kotsevin Şimali Qafqaz Dağlı Xalqlarının Azadlıq Komitəsində iştirak etməsi barədə məlumatlar yer alıb.
1923-cü ildə İstanbulda keçmiş ağqvardiyaçı zabit Əhmədxan Avar və Pşemaxo Kotsev "Anadolu" ticarət şirkətini təsis ediblər. Şirkət Şimali Qafqazdakı üsyançılara (Nəcməddin Qotsinskinin başçılığı ilə) maddi-texniki kömək göstərməyə çalışıb. Sovet hakimiyyəti Pşemaxo Kotsevin orada müxtəlif antibolşevik mühacir komitələri ilə əməkdaşlıq etdiyini hesab edib. Bolşeviklər tərəfindən Qotsinskinin üsyanı 1925-ci ilin sentyabrında yatırıldıqdan sonra Pşemaxo Kotsev Sovet hakimiyyətinə qarşı silahlı mübarizədə hər hansı bir iştirakını dayandıraraq geri çəkilib.
Pşemaxo Kotsev 8 yanvar 1962-ci ildə vəfat edib. Şişli məscidində cənazə namazı qılındıqdan sonra İstanbulun Feriköy qəbiristanlığında dəfn olunub.
Publisistikası Sankt-Peterburqda təhsil aldığı illərdə P.Kotsev Parisdə Məhəmməd bəy Hacıtlaşe (Məhəmməd bəy) rəhbərlik etdiyi çərkəz qrupu tərəfindən nəşr olunan "Müsəlman" jurnalının müxbiri olub.
Müxtəlif dövri mətbuatda onun Kabarda tarixinə dair "P.Kabardey" ədəbi təxəllüsü ilə imzalanmış məqalələri işıq üzü görüb.
O illərin tanınmış nəşrlərindən müasirlərinin ən çox diqqətini çəkənlər bunlar olub: "Kabardada torpaq qarışıqlıqları", "Kabardada xalq maarifi", "Terek və Kuban vilayətləri müsəlmanlarının mənəvi-dini ehtiyacları", "Çərkəzlər və hərbi mükəlləfiyyətlər" və s.
Ailəsi Yekaterinodarda vəkil işləyərkən o, milliyətcə rus olan Novorossiysk sement zavodu mühəndisinin qızı ilə evlənib. 1920-ci ildə onların Zairə adlı bir qızı dünyaya gəlib. Türkiyəyə mühacirət etdikdən sonra bu nikah pozulub.
Türkiyədə mühacirətdə olarkən çərkəz mühacirinin qızı Lütsə Misakova ilə evlənib.
Xatirəsi Kabardin-Balkar Respublikasının İnsan Hüquqları Mərkəzi Pşemaho Kotsevin cənazəsinin öz vətəninə, yəni doğma Sarmako kəndinə və ya Nalçik şəhərinə gətirilərək yenidən dəfn olunmasını təklif edib.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Б. М. Кузнецов. 1918 год в Дагестане
Kateqoriya:Dağıstan siyasətçiləri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları