Qara banda () — Fransa inqilabı dövründə hökumət tərəfindən milli mülkiyyət qismində müsadirə olunmuş dini konqresiyaların, mühacirlərin daşınmaz əmlak obyektlərini, həmçinin keçmiş mayorat mülklərini satın alan kapitalist və sahibkar cəmiyyətləri. Müsadirə edilmiş milli əmlakın satış təcrübəsi dayandırıldıqdan sonra "qara bandalar" yoxsullaşmış zadəgan ailələrinin torpaq mülklərini satın almağa və daha sonra onları hissə-hissə satmağa (parselizasiya) başlamışdılar ki, bu da Burbonların Restavrasiyası dövründə xüsusilə geniş vüsət almışdır. Oxşar birliklərə digər ölkələrdə, xüsusən də kilsə əmlakının sekulyarizasiyası zamanı Almaniyada rast gəlinmişdir.

Sözügedən cəmiyyətlər bu təhqiramiz ləqəbi əldə edilmiş əmlakın istismarından yalnız maksimum mənfəət götürmək barədə düşündüklərinə görə almışdılar. Onlar böyük gəlir əldə etmək məqsədilə tikinti materiallarını və sənət əsərlərini hissə-hissə sata bilmək üçün tarixi incəsənət və memarlıq abidələrini tez-tez amansızlıqla məhv etmişdilər.

İstinadlar

Əlavə ədəbiyyat

Бризон П. История труда и трудящихся. — Петербург: Государственное издательство, 1921. — 448 с. Вольский С. Сен-Симон. — М.: Журнально-газетное объединение, 1935. — 218 с. (Жизнь замечательных людей). Зенкин С. Н. Руины // Французский романтизм и идея культуры (Аспекты проблемы). М.: РГГУ, 2001. — С. 32–39. — 144 с. Ковалевский М. М. Вопрос о крестьянской собственности до революции и о том, в чьи руки перешла масса конфискованной у церкви земли // Русская мысль. — 1896. — № 8. Кропоткин П. А. Великая французская революция. 1789–1793. — : Юрайт, 2019. — С. 127–128. — 430 с. Левандовский А. П. Сен-Симон. — : Молодая гвардия, 1973.

Xarici keçidlər Список утраченных парижских церквей во французской Википедии

Kateqoriya:Böyük Fransa inqilabı Kateqoriya:Böyük Fransa inqilabı dövründə siyasi qruplar Kateqoriya:Fransanın iqtisadi tarixi Kateqoriya:Tarixi konservasiya