Antuan Eleonor Leon Lekler de Jüinye de Nöşel (; ) — Fransa katolik dini xadimi, Fransa inqilabı illərində Parisin arxiyepiskopu.
Həyatı Men qraflığının zadəgan nəsli olan aristokratik bir ailədən gəlirdi. 1734-cü ildə Qvastalla döyüşündə həlak olmuş Orlean alayının komandiri, polkovnikin oğludur. Fransa krallığının Rusiya imperiyasındakı səfiri (1775–1777-ci illərdə) olmuş markiz Jak Qabriel Lui Lekler de Jüinyenin (1827–1807-ci illərdə) kiçik qardaşıdır. Gələcək arxiyepiskop Parisdə təhsil almış, burada Navar kollecində humanitar elmləri və fəlsəfəni, Sen-Nikolya-dü-Şardonne kilsəsinin nəzdindəki seminariyada isə teologiyanı öyrənmişdir. Təhsilini bitirdikdən sonra Karkasson yepiskopu olan dayısı Arman Bezon gənc keşişi öz yanına vikari təyin etmişdir.
1763-cü ildə Lekler de Jüinye Şalon yepiskopu olmuşdur. Yeni yepiskop eparxiyada seminariyanı bərpa etmiş, tədrisin keyfiyyətinə xüsusi diqqət yetirmişdir. Sen-Dizye şəhərində böyük yanğın baş verərkən yepiskop şəxsən onun söndürülməsində fəal iştirak etmişdir. Bu hadisədən sonra onun himayəsi altında eparxiyada ilk yanğından sığorta cəmiyyətlərindən biri təsis edilmişdir.
İstinadlar