Əbül-Qasım Əbdürrəhman ibn Abdullah ibn Əbdülhəkəm əl-Malik əl-Qureyşi (; ) — tarixçi, mühəddis və fəqih. Onu babası Əbdülhəkəmə nisbətlə İbn Əbdülhəkəm adlandırırlar. İbn Əbdülhəkəm daha çox tarixçi olması ilə tanınınır.

Həyatı İbn Əbdülhəkəm Fustatda hicri 182-ci (798) və ya 187-ci (803) ildə anadan olmuş, hicir 257-ci (870 və ya 871) ildə elə orada da vəfat etmişdir.

Onun babası Əbdülhəkəm İsgəndəriyyə şəhərinin nüfuzlu şəxslərindən, atası Abdullah isə Malik ibn Ənəsin tələbələrindən biri olmuşdur.

İbn Əbdülhəkəm, ilk təhsilini atası Abdullah ibn Əbdülhəkəmdən almış, ondan Maliki fiqhi ilə yanaşı çoxlu hədis də öyrənmişdir.

Əsərləri İbn Əbdülhəkəmin dövrümüzə yalnız "Fütuhu Misr və əxbəruhə" adlı əsəri gəlib çata bilmişdir. Bu əsər, Misir, Məğrib və Əndəlüsün müsəlmanlar tərəfindən ələ keçirilməsindən bəhs edir.

İstinadlar

Kateqoriya:IX əsr tarixçiləri Kateqoriya:IX əsr ərəbləri