Aleksandra Nikolayevna (; ) — Rusiya imperatoru I Nikolayın qızı, Hesse-Kassel şahzadəsi.

Həyatı 24 iyun 1825-cu ildə Sankt-Peterburqdakı Krasnoye seloda dünyaya gəldi. Atası çar I Pavelin oğlu Nikolay Pavloviç, anası isə Prussiya kralı III Fridrix Vilhelmin qızı Aleksandra Fyodorovnadır. Doğulduğu əsnada əmisi çar I Aleksandr taxtda idi və atası taxt varisi idi. Elə həmin ilin sonunda atası I Nikolay adıyla taxta çıxdı və Aleksandra Nikolayevna digər bacı-qardaşlarıyla birlikdə daha təmtəraqlı həyat yaşamağa başladı.

28 yanvar 1844-cü ildə Sankt-Peterburqda Danimarka kralı VIII Kristianın bacısı oğlu Hesse-Kassel şahzadəsi Frederik Vilhelmlə evləndirildi. Mərasimin ardından bir müddət Rusiyada qaldılar. Ancaq toy mərasimindən qısa müddət sonra Aleksandra ağır dərəcəli vərəmə tutuldu və bu səbəblə heç vaxt alman torpaqlarına gedə bilmədi. Qısa zamanlı hamiləliyi də uğursuzluqla nəticələndi. Vaxtından öncə bir oğlan uşağı doğuldu və körpə uşaq anasıyla birlikdə bir neçə saat sonra vəfat etdi.

Mənbə

Ədəbiyyat

Hesse: A Princely German Collection. Catalog of exhibition at the Portland Art Museum, 2005. John E. Buchanan Jr., Director, The Marilyn H. and Dr. Robert B. Pamplin Jr. Collection. Olga, Queen of Wuerttemberg. Traum der Jugend goldener Stern. Günther Neske Verlag, 1955.

İstinadlar