Bakterial hüceyrə morfologiyası — bakteriyaların müxtəlif növləri üçün xarakterik olan forma və quruluş xüsusiyyətlərini ifadə edir. Hüceyrə forması bakteriyaların identifikasiyasında və təsnifatında mühüm əhəmiyyət daşıyır. Bakteriyaların işıq mikroskopu altında birbaşa müşahidəsi onların ilkin olaraq qruplaşdırılmasına və digər mikroorqanizmlərdən fərqləndirilməsinə imkan verir.Bakteriyaların əksəriyyəti iki əsas morfoloji formaya malikdir: Kürəşəkilli bakteriyalar (kokklar) Çubuqşəkilli bakteriyalar (basillər) Bununla yanaşı, təbiətdə daha mürəkkəb formalara malik bakteriyalar da mövcuddur. Bunlara spiral formalı spiroxetlər, əyilmiş silindrik formalı bakteriyalar və qeyri-adi quruluşlu mikroorqanizmlər daxildir. Bakteriyalar yalnız forma baxımından deyil, həm də hüceyrələrin bir-birinə birləşmə üsuluna görə fərqlənirlər. Onlar cütlər, tetradlar, zəncirlər, salxımlar və ya palisadlar şəklində yerləşə bilərlər.</ref>
Kokklar
Kokklar bakteriyaların ən geniş yayılmış morfoloji qruplarından biridir. Kokk termini ümumi formanın kürəvi və ya kürəyə yaxın olmasını ifadə edir. Bu termin bakteriyanın formasını təsvir edir və müxtəlif cinslərə aid bakteriyaları əhatə edə bilər. Kokk bakteriyalar hüceyrə bölünməsi zamanı bir-biri ilə əlaqələrini saxladıqlarına görə müxtəlif düzülüş formaları yarada bilirlər. Onların necə yerləşməsi hüceyrə bölünməsinin istiqamətindən və qız hüceyrələrin bir-birindən ayrılıb-ayrılmamasından asılıdır. Bir çox çubuqşəkilli bakteriyalardan fərqli olaraq kokkların əksəriyyətində qamçı olmur və onlar aktiv hərəkət qabiliyyətinə malik deyillər.
Kokkların Etimologiyası "Kokk" sözü qədim yunan dilindəki kokkos sözündən yaranmışdır və "giləmeyvə" mənasını verir. Bu ad bakteriyaların giləmeyvəyə bənzər kürəvi formasını əks etdirir.
Kokkların Tibbi Əhəmiyyəti Kokk formalı bakteriyalar insanlarda bir çox mühüm xəstəliklərin törədiciləridir. Onların yaratdığı xəstəliklərə aşağıdakılar daxildir:
Stafilokokk infeksiyaları Müxtəlif qida zəhərlənmələri Sidik yollarının bəzi infeksiyaları Toksik şok sindromu Qonoreya Meningitin bəzi formaları Boğaz infeksiyaları Pnevmoniyalar Sinusitlər Bu xəstəliklərin bir çoxu klinik mikrobiologiyada mühüm yer tutur və insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Kokkların Düzülüş Formaları Kokk bakteriyalar çox vaxt müəyyən xarakterik düzülüşlər əmələ gətirirlər. Bu düzülüşlər onların identifikasiyasında mühüm əhəmiyyət daşıyır. Diplokokklar Diplokokklar iki kokkun bir-birinə birləşməsi nəticəsində yaranan cüt bakteriyalardır. Hüceyrə bölünməsindən sonra qız hüceyrələr ayrılmadığı üçün cüt şəklində qalırlar. Streptokokklar Streptokokklar zəncir şəklində düzülmüş kokklardır. Hüceyrə bölünməsi daim eyni müstəvidə baş verdiyindən bakteriyalar muncuq sırasını xatırladan uzun zəncirlər əmələ gətirirlər. Bu quruluş mikroskop altında müşahidə zamanı onların asanlıqla tanınmasına imkan verir. Stafilokokklar Stafilokokklar üzüm salxımına bənzəyən nizamsız qruplar əmələ gətirirlər. Hüceyrə bölünməsi müxtəlif istiqamətlərdə baş verdiyi üçün bakteriyalar bir-birinin üzərində toplanaraq salxımvari görünüş yaradır. Tetradlar Tetradlar eyni müstəvidə yerləşmiş dörd kokk hüceyrəsindən ibarət qruplardır. Hüceyrələrin müəyyən ardıcıllıqla bölünməsi nəticəsində yaranırlar. Sarkinalar Sarkinalar kub formasında yerləşmiş kokk hüceyrələri paketləridir. Hüceyrə bölünməsi qarşılıqlı perpendikulyar müstəvilərdə baş verdiyindən bakteriyalar kubabənzər qruplar əmələ gətirirlər.
Qram-Müsbət Kokklar
Qram-müsbət kokklar oxşar morfologiyaya malik böyük bakteriya qrupudur. Onların hamısı kürəvi və ya kürəyə yaxın formada olsalar da, ölçüləri və fizioloji xüsusiyyətləri arasında əhəmiyyətli fərqlər mövcuddur. Bəzi cinslərin nümayəndələri hüceyrələrin bir-birinə bağlanma formasına görə asanlıqla tanınırlar. Onlar:
Paketlər şəklində Zəncir şəklində Üzüm salxımına bənzər qruplar şəklində yerləşə bilirlər. Bu düzülüşlər hüceyrə bölünməsinin istiqamətini və qız hüceyrələrin bir-birinə yapışıb qalmasını əks etdiri. Sarkina bakteriyalarında hüceyrə bölünməsi üç qarşılıqlı perpendikulyar müstəvidə ardıcıl şəkildə baş verir. Bunun nəticəsində bakteriyalar kubvari paketlər əmələ gətirirlər. Streptokokklar Streptokokklar muncuq düzümünü xatırladan zəncirlər yaradırlar. Bu bakteriyalarda bölünmə daim eyni müstəvidə baş verir. Bəzi növlərdə əmələ gələn zəncirlər çox qısa olur və yalnız iki hüceyrədən ibarət qalır. Belə formalar diplokokklar adlandırılır. Stafilokokklar Stafilokokklarda hüceyrə bölünməsi üçün sabit müstəvi mövcud deyildir. Buna görə də onlar üzüm salxımına bənzər mürəkkəb qruplar yaradırlar. Bu xüsusiyyət stafilokokların mikroskopik identifikasiyasında əsas əlamətlərdən biridir.
Basillər Basillər (çoxluğu bacilli), həmçinin basilliform bakteriyalar və ya sadəcə çubuqşəkilli bakteriyalar adlandırılır, çubuq formasına malik bakteriya və ya arxeylərdir. Basillər bakteriyaların müxtəlif taksonomik qruplarında rast gəlinir. Lakin Bacillus sözü böyük hərflə və kursiv yazıldıqda xüsusi bir bakteriya cinsini ifadə edir. Bacilli isə böyük hərflə yazılıb kursivsiz olduqda daha geniş taksonomik qrupu bildirə bilər. Kiçik hərflə yazılan bacillus termini isə adətən forma (çubuqşəkilli quruluş) mənasında istifadə olunur, cins adı ilə qarışdırılmamalıdır. Mikrobiologiyada kontekst aydın olduqda bu bakteriyalar sadəcə “çubuqlar” da adlandırılır. Basillər adətən eyni müstəvidə bölünür və çox vaxt tək halda olurlar, lakin bəzən müxtəlif düzülüş formaları əmələ gətirə bilirlər:
Diplobasillər – iki çubuqşəkilli bakteriyanın yanaşı yerləşməsi Streptobasillər – zəncir şəklində düzülmüş çubuqşəkilli bakteriyalar Palisadalar – yan-yana sıralanmış çubuqşəkilli strukturlar Coccobacillus (Kokkobasillər) Kokkobasillər (coccobacilli) kokklar (sferik bakteriyalar) və basillər (çubuqşəkilli bakteriyalar) arasında keçid formaya malik bakteriyalardır. Onlar çox qısa çubuqlar olub bəzən kokklarla səhv salına bilər. “Kokkobasillus” termini də məhz bu ara formanın adını əks etdirir. Bu tip bakteriyalara aşağıdakılar daxildir:
Haemophilus influenzae Gardnerella vaginalis Chlamydia trachomatis Aggregatibacter actinomycetemcomitans (diş əti altı lövhələrdə rast gəlinir) Acinetobacter növləri Bordetella pertussis (göyöskürək törədicisi) Yersinia pestis (taun xəstəliyinin törədicisi) Coxiella burnetii Brucella növləri Haemophilus ducreyi Spiral Formalı Bakteriyalar
Spiral formalı bakteriyalar bakteriyaların əsas morfoloji qruplarından biridir. Onlar burulma dərəcəsinə, qalınlığına, elastikliyinə və hərəkət xüsusiyyətlərinə görə aşağıdakı qruplara bölünür:
Spirillər Spiroxetlər Vibrionlar
Bakteriyalar öz mühitlərinə uyğunlaşmaq üçün xüsusi xüsusiyyətlər inkişaf etdirə bilirlər. Onların xəstəlik törətmə qabiliyyəti həm fiziologiyalarından, həm də ətraf mühitlə qarşılıqlı təsir imkanlarından asılıdır. Bəzi bakteriyalar orqanizmdə hərəkət etmək və müdafiə baryerlərini keçmək üçün formalarını dəyişə bilirlər. Məsələn, Vibrio cholerae bakteriyası bağırsağın selikli qişasında olan qoruyucu selik qatını keçmək üçün tirbuşonvari formaya keçə bilir.
Spirillər
Spirillər sərt spiral formalı, qram-mənfi bakteriyalardır. Onlar çox vaxt xarici qamçılara malik olur və hərəkət qabiliyyətinə sahibdirlər. Spirillərə nümunələr:
Spirillum cinsi nümayəndələri Campylobakter jejuni (qida mənşəli infeksiyaların törədicisi) Helikobakter pylori (mədə xoralarının əsas səbəblərindən biri)
Spiroxetlər
Spiroxetlər çox nazik, uzun, elastik və spiral formalı bakteriyalardır. Onların hərəkəti hüceyrə daxilində yerləşən periplazmatik qamçılar vasitəsilə təmin olunur. Bu bakteriyalar Spirochaetes tipinə aiddir. Spiroxetlər adi Qram boyama ilə çətin görünür və onların aşkarlanması üçün qaranlıq sahə mikroskopiyası və ya xüsusi boyama üsullarından istifadə edilir. Nümunələr:
Leptospira növləri – leptospiroz xəstəliyinin törədiciləri Borrelia burgdorferi və digər Borrelia növləri – Laym xəstəliyinin törədiciləri Treponema pallidum – sifilis xəstəliyinin törədicisi
Helikal Formalı Bakteriyalar Helikal formalı bakteriyalar spiral formalı bakteriyalara bənzəsə də, xüsusi heliks quruluşuna malikdirlər. Bu qrupa əsasən Helicobacter cinsinin nümayəndələri daxildir, məsələn Helicobacter pylori. Helikal forma bakteriyaların viskoz (qatı) mühitlərdə daha effektiv hərəkət etməsinə kömək edir və onların yaşadığı mühitə uyğunlaşmasını asanlaşdırır.
İstinadlar
Kateqoriya:Bakteriyalar Kateqoriya:Morfologiya (biologiya)