Zeyd ibn Ömər ibn Xəttab (; ) — Ömərin Əlinin qızı Ümmü Gülsümdən dünyaya gəlmiş oğlu.
Həyatı Zeyd, Ömərin Ümmü Gülsüm bint Əli ilə olan evliyindən dünyaya gəlmişdir. Mənbələrin bildirdiyinə görə Ömər onun anası ilə 4 min dirhəm mehr qarşılığında evlənmişdir. Bu nikahdan o və bacısı Rüqəyya bint Ömər dünyaya gəlmişdir.
O, anası ilə eyni gündə vəfat etmiş və anası ilə birlikdə dəfn edilmişdir. Bir rəvayətdə onun cənazə namazını Abdullah ibn Ömərin qıldırdığı deyilmişdir.
Zeydin ölümü ilə bağlı deyilir ki, bir döyüş və qarışıqlıq zamanı naməlum şəkildə başından zərbə almış, yarası ağırlaşmış və nəticədə vəfat etmişdir. Onun kim tərəfindən vurulduğu dəqiq bilinməmişdir.
İbn Əbu Hətim isə Zeydin kiçik yaşda öldüyünü və atasının bu haqda belə dediyini qeyd etmişdir:
İstinadlar
Kateqoriya:Səhabə əcdadları Kateqoriya:Tabiinlər