Lazar-Jan Teveno de Fransi (; ) — Fransa yazıçısı, Pyer Bomarşenin katibi kimi fəaliyyət göstərmişdir. O, libellist Şarl Teveno de Morandın qardaşıdır.

Həyatı Bomarşenin "Fransi" deyə çağırdığı bu şəxs rəğbət doğuran bir sima olmuşdur. Onun haqqında məlumatlar olduqca azdır. O, 1754-cü il sentyabrın 1-də Burqundiyanın Arney-le-Duk şəhərində kral notariusu və prokuroru Lui Teveno ilə Filibert Belinin ailəsində anadan olmuşdur. Onun Şarl Teveno de Morand və Lui-Klod-Anri-Aleksandr adlı iki qardaşı məlumdur."Un Capitaine de dragons, ami de mon père, fut prié sur la fin de 1759, de m’emmener avec lui : et j’allai trotter à la plate longe, tourner à droite et à gauche, enfin j’appris à faire haut les armes, à mettre en joue, et à faire feu, comme tous mes camarades." Charles Théveneau de Morande, Réplique de Charles Théveneau de Morande à J.-P. Brissot : sur les erreurs et les calomnies de sa réponse…supplément de l’Argus patriote, Paris, Froullé, 1791, page 7 Paris Parlamentinin saray dəftərxanasının nəzarətçisi vəzifəsini icra etmişdir. Lazar-Jan Teveno öz bibisi və ya əmisiqızı olan Verqonsey xanımı Filibert Gişo ilə ailə həyatı qurmuş və nəsil qoymadan vəfat etmişdir.

Bomarşenin Teveno ailəsi ilə ilk təması, ehtimal ki, 1774-cü ilə təsadüf edir. Həmin dövrdə kralın xahişi ilə Bomarşe Londona yollanmış, burada libellist və şantajçı Şarl Teveno de Morand tərəfindən madam dü Barriyə qarşı yazılmış pamfleti geri alaraq yandırmışdır.

Ehtimal olunan dənizçi təcrübəsi və ingilis dilini mükəmməl bilməsi Lazar-Janı gəmi sahibi olmaq iddiasına düşən və 1776-cı ildə amerikalı üsyançıları təchiz etmək üçün "Roderigue Hortalez" şirkətini quran yazıçı Bomarşe üçün ideal bir katibə çevirmişdi. Fransi Parisdə, Vyej dü Tampl küçəsi 47 ünvanında fəaliyyət göstərir və Bomaşenin iş otağı ilə birbaşa əlaqəsi olan bir ofisdə əyləşirdi. O, buradan yükdaşıma, təchizat və katiblik xidmətlərini idarə edirdi. İlk illərdə o, işləri nizama salmaq və yaranan bütün çətinliklərin qarşısını almaq üçün limandan-limana qaçırdı. Çətinliklər kifayət qədər çox idi və hər şeyi yoluna qoymaq məhz Fransiyə həvalə olunmuşdu.

Onun ilk mühüm missiyalarından biri 1777-ci ilin yanvar ayında Loryan şəhərində Filipp Şarl Tronson dü Kudre ilə "Amphitrite" gəmisinin kapitanı arasında baş verə biləcək fəlakətin qarşısını almaq olmuşdur. Fevral ayında o, Nant şəhərinə, Bomarşenin ortağı olan nantlı gəmi sahibi Jan Peltye Duduayenin yanına yollanmışdır. 1777-ci ilin iyununda reallaşan "Marie-Catherine" gəmisi ilə bağlı məsələdə ard-arda verilən ziddiyyətli əmrlər zamanı Bomaşe ona belə yazmışdı: "Poçt nəzarəti səbəbindən, bu təfərrüatla bağlı bütün rəsmi xəbərlərimi alacaqsınız. Məğzi yaxşı qavrayın". İş elə mürəkkəb hal almışdı ki, gəmi nəticədə ingilislər tərəfindən müsadirə olunmuşdu.

ABŞ-də də işlər eyni dərəcədə qəliz idi və ABŞ Konqresi ödənişləri gecikdirir, yaxud ümumiyyətlə ödəniş etmirdi. Bundan narahat olan Bomaşe Fransini Amerika Birləşmiş Ştatlarına göndərmək qərarına gəlmişdir. O, 26 sentyabr 1777-ci il tarixdə Marseldə "L'Heureux" gəmisinə minərək ABŞ-yə yola düşmüş və 1 dekabr tarixdə Nyu-Hempşirin Portsmut şəhərinə çatmışdır. Ona verilən təlimatlar bu sözlərlə bitirdi: "Mənə əlindən gələn ən yaxşı şəkildə xidmət et... Sənə hörmət bəslədiyim və səni sevdiyim kimi salamlayıram".

Bomarşe ilə digər həmsöhbətləri arasındakı münasibətlər ümumilikdə bu səviyyədə olsa da, oğlu kimi qəbul etdiyi Fransi ilə münasibətləri daha səmimi idi. Bu etimad boşa çıxmamış, Fransi böyük səylər göstərmiş, düzgün qiymətləndirmələr aparmış, məsləhətlər vermiş, pulları geri toplamış, malları ən yaxşı şəkildə satmış və Konqres qarşısında Bomaşenin maraqlarını uğurla müdafiə etmişdir. O, həmçinin Jilber dr Lafayet, Şarl Arman Tuffin de la Rueri, Fridrix Vilhelm fon Ştoyben, Kazimir Pulaski və bir çox digər şəxslərə maddi köməklik göstərmişdir.

O, öz yazışmalarını Amerika Birləşmiş Ştatlarında birgə şirkət qurmağı planlaşdırdığı Peltye Duduayeyə göndərirdi. Peltye Duduaye məktubları oxuduqdan sonra Bomarşeyə ötürürdü. Bu, işi bir qədər sürətləndirirdi, çünki məsafə uzaq idi və məktublar təhlükəsizlik naminə bir neçə nüsxədə hazırlanırdı.

1780-ci ilin baharında o, böyük bir sərvət qazanaraq Fransaya qayıtmışdır. Sağlamlığını bərpa etmək üçün ailəsinin yanında dincəlməli olmuşdur. 1782-ci ilin martında yenidən Nanta yollanmışdır, lakin tutulduğu ağciyər xəstəliyi səbəbindən limanlardakı missiyalarından imtina etmək məcburiyyətində qalmışdır. Bundan sonra o, idarəedici kreslosunda əyləşmiş, Bomarşe isə onun yerinə başqasını axtarmayaraq özü yollara düşmüşdür. Bomarşenin 1783-cü ilin aprelində hələ də Parisdə olan Fransiyə ünvanladığı çoxsaylı məktublardan göründüyü kimi, bütün mühüm tapşırıqların icrası yenə də ona həvalə olunurdu.

Lazar-Jan Teveno de Fransi vəsiyyətnaməsini tərtib etdikdən qısa müddət sonra, 26 may 1784-cü il tarixdə Arkey şəhərində vəfat etmiş və ertəsi gün Bomarşenin iştirakıActe de sépulture à Arcueil, vue 233/429, 28 mai 1784, inhumation de Lazare Theveneau de Francy. L'information -non sourcée- selon laquelle Francy serait mort à Dunkerque en 1783 est donc erronée [Dunkerque 1783, le cher Francy décède, il a 29 ans, Marsan conclut ainsi son livre : "Malgré les soins empressés du Dr Saiffert, il mourut pendant l'été 1783" . ilə dəfn olunmuşdur.Un résumé des principales clauses de son testament, rédigé le 24 mai 1784 devant le notaire Momet, est numérisé sur geneanet .

İstinadlar

Kateqoriya:Fransa yazıçıları