Şarl Teveno de Morand () və ya şevalye de Morand (; ) — Fransa libellisti, casusu və polemikaçısı. Onun həyatı ordudan gizli ədəbiyyata, daha sonra casusluğa və nəhayət jurnalistikaya keçid etmişdir. Bu, "Maarifçilik dövrünün macəraçısı"Alexandre Stroev, Les aventuriers des Lumières, Presses universitaires de France, 1997, page 41, 57. və ya "aşağı təbəqədən çıxan Russo"nunRoger Chartier, Les origines culturelles de la Révolution française, Seuil, 1990, page 102. xarakterik nümunəsi kimi təsvir edilmişdir. Ədəbi sahədə qanunsuz fəaliyyətlə məşğul olan Teveno de Morand şantajçılıq fəaliyyəti və gizli nəşr etdirdiyi "Le Gazetier Cuirassé" adlı libellinin qazandığı böyük uğurla tanınmışdır. XV Lüdovikin sarayını şantaj etdikdən sonra Fransa hökuməti tərəfindən öz tərəfinə çəkilmiş və İngiltərədə fəaliyyət göstərən əsas məlumatçılardan birinə çevrilmişdir.Suzanne Roth, Les aventuriers au XVIIIe siècle, Éditions Galilée, 1980, page 211. Fransa inqilabından əvvəlki dövrdə "Courier de l'Europe" qəzetinin redaktoru və direktoru kimi mühüm rol oynamış,Gunnar von Proschwitz, Introduction à l'étude du vocabulaire de Beaumarchais, Almquist & Wiksell, 1956, page 182 et suivantes. inqilab zamanı isə Parisə qayıdaraq jurnalist fəaliyyətini davam etdirmişdir.

Gənclik illəri thumb|left|Arney-le-Dukdakı "Maison-Bourgogne"nin fasadı qrotesklərlə bəzədilmişdir.

Şarl Teveno Arney-le-Duk şəhərinin kral notariusu və prokuroru Lui Teveno ilə Filibert Belinin ailəsində anadan olmuşdur. Onun Lazar-Jan Teveno de Fransi və Lui-Klod-Anri-Aleksandr adlı iki qardaşı məlumdur. Avtoritar atası ilə münasibətləri pozulduqdan və Dijan Universitetində hüquq təhsili aldıqdan sonra, atasının peşəsindən imtina edərək yazıçı kimi fəaliyyət göstərmək qərarına gəlmişdir. 1759-cu ildə Bofremon draqun alayına daxil olmuş"Un Capitaine de dragons, ami de mon père, fut prié sur la fin de 1759, de m’emmener avec lui : et j’allai trotter à la plate longe, tourner à droite et à gauche, enfin j’appris à faire haut les armes, à mettre en joue, et à faire feu, comme tous mes camarades." Charles Théveneau de Morande, Réplique de Charles Théveneau de Morande à J.-P. Brissot : sur les erreurs et les calomnies de sa réponse…supplément de l’Argus patriote, Paris, Froullé, 1791, page 7 və 1763-cü il sülhünə qədər orada xidmət etmişdir. Vəkillik karyerasını rədd edərək epiqramlar yazmış, qadınların rəğbətini qazanmağa çalışmış və duellərdə iştirak etmişdir. Vəziyyəti düzəltmək məqsədilə ailəsi onun barəsində kralın həbs qərarını əldə etmişdir.

Azadlığa çıxdıqdan sonra Parisə yollanmış, burada oğurluq, qumar və vasitəçiliklə məşğul olaraq asılı qadınlarla vaxt keçirmiş və gənc əcnəbilərdən pul qoparmışdır. 1763-cü ildə o, Madam Lonprenin fahişəxanasında inspektor de la Janyer tərəfindən həbs edilmişdir. O, sifilis xəstəliyindən əziyyət çəkirdi və oğurluğa əlbir olmaqda ittiham olunurdu. Maddi imkanlarından qat-qat üstün bir həyat tərzi sürən Teveno özünü tanınmış macəraçı Limbunq qrafının yaxını kimi təqdim etmiş, bu dövrdə adının qarşısına zadəganlıq hissəciyi olan "de" sözünü əlavə etdiyi ehtimal olunmuşdur."De la Janière à Sartine" 17 février 1765, Archives de la Bastille, op cit., t. XII, page 475, 479, 484. Sur le prince de Limbourg voire Correspondance secrète inédite sur Louis XVI, Marie-Antoinette, la cour et la ville de 1777 à 1792, t. I, pages 297-298 .

17 fevral 1765-ci ildə polis leytenant-generalı Antuan de Sartinin diqqətini çəkmiş, əxlaqsız həyat tərzi sürən, zöhrəvi xəstəliklərdən əziyyət çəkən və aqressiv bir şəxs kimi xarakterizə edilərək For-l'Evek həbsxanasına salınmışdır.

De Morand bir ay sonra azadlığa buraxımışdır, lakin şübhəli fəaliyyəti davam etmiş, əxlaqsız evlərdə saat oğurluğu ilə məşğul olmuşdur. 18 may 1768-ci ildə Opera teatrının rəqqasəsi rəfiqəsi Danizini qaçırmağa cəhd etdikdən sonra növbəti qalmaqal səbəbindən ailəsinin təzyiqi ilə yenidən For-l'Evekə göndərilmişdir. Buradan qaçmağa cəhd göstərdiyi və səs-küy saldığı üçün karserə salınmış, 22 iyul 1768-ci ildə isə Armentyerdə yerləşən Bon-Fil evinə köçürülmüşdür. Orada on səkkiz ay ərzində nisbətən sakit həyat sürmüşdür.

Azadlığa çıxdıqdan sonra da davranışını düzəltməmiş, yüksək rütbəli əyanlara qarşı təhqiramiz yazılar paylamışdır. Hersoq de la Vriyerə ünvanladığı belə yazılardan biri onun barəsində növbəti həbs qərarının çıxarılmasına səbəb olmuşdur. Borc içində müflisləşməsi və polisin təqibi nəticəsində Şampan bölgəsindən keçərək Lyejə, oradan Brüsselə, daha sonra isə İngiltərəyə gedən gəmiyə minmək üçün Ostendeyə qaçmışdır.

Londonda 1770-ci ildə tamamilə yoxsul vəziyyətdə Londona gələn Şarl Teveno de Morand burada de Kursel soyadlı fransız evli cütlük ilə tanış olmuşdur. Onlar Teveno de Morandı müxtəlif qalmaqallı hekayələrlə təmin edərək onu yazmağa həvəsləndirmişdilər. Beləliklə, 1771-ci ilin aprel-may aylarında "Le Gazetier Cuirassé" əsəri ərsəyə gəlmişdir. Artıq 1771-ci ilin avqust ayında bu əsər Parisə çatmışdır. Kral senzoru Fransua-Lui Klod Mare həmin dövrdə Xarici İşlər Dövlət Katibliyinə rəhbərlik edən hersoq d'Egiyona müraciət edərək bu kitabı təhlükəli bir nəşr kimi xarakterizə etmişdir. Əsər bir müddət hersoq de Lorageyə aid edilmiş və bu vəziyyət hersoqu qəzəbləndirmişdir,Mémoire pour moi ; par moi Louis-Léon de Brancas, comte de Lauraguais ; à Londres, 1773, in-8 cité in Correspondance littéraire, avril 1773, page 178. lakin həm Paris polisi, həm də "Mémoires secrets" jurnalının redaktorları kitabın müəllifinin Parisin keçmiş, Londonun isə hazırkı fırıldaqçısı de Morand olduğunu yaxşı bilirdilər. Dövrün mənbələrində bu kitabın satışı müqabilində onun min gineya qazandığı və paytaxt kitab satıcılarının belə bir aldadıcı sövdələşməyə getməyəcəkləri qeyd olunmuşdur.Op cit., XXI (addition), 1er septembre 1771, Extrait d'une lettre de Londres du 20 août 1771.

Bu pamflet XVIII əsrin sonlarında gizli ədəbiyyatın ən böyük uğurlarından biri hesab olunur. Nazirlərin özbaşınalığını ifşa edən və Etyen-Fransua de Şvazölün tərəfdarlarının mövqeyini müdafiə edən əsər yüksək təbəqənin iddia edilən əxlaqsız həyat tərzi və zadəgan qalmaqalları barədə çoxsaylı hekayələrlə zəngindir. Bununla da əsər böhran içində olan tənəzzülə uğramış bir krallıq obrazı formalaşdırır. Təhqir olunan şəxslərin siyahısında kral və madam dü Barri əsas hədəflər olmuşdur, kitabın üz qabığında karikaturaları yer alan baş hakim Rene Nikolya de Mopo və hersoq de la Vrilyer Teveno de Morandın əsas tənqid hədəfləri olmuşdur. "Le Gazetier Cuirassé" əsərinin nəşrindən sonra Teveno de Morand Elizabet Sent-Kler adlı gənc bir ingilis qadınla evlənmişdir. Bundan sonra o, şayiə xarakterli libellər paylamaq və şantaj işlərinə başlamaqla ədəbi soyğunçuluq karyerasına qədəm qoymuşdur. Fəaliyyətinin yaratdığı qorxu sayəsində Parisdə yaşayan bir çox zəngin şəxsi pul ödəməyə məcbur etmişdir. Onun şantaj hədəfləri arasında Kolle de Otvil, həmçinin markiza de Pompadurun qardaşı olan Marinyi qrafı Fransua-Abel Puasson de Vandyer yer almışdır.Selon l'agent de renseignements français La Fite de Pellepore (parfois écrit "La Fitte de Pelleport"), Morande le "fait trembler", "en le menaçant de révéler ses goûts contraires à la nature" Victor-François de Broglienin XV Lüdovikə 18 noyabr 1773-cü il tarixli məktubundan məlum olur ki, şevalye həmin illərdə mərhum markiza əleyhinə yazılmış və “Pétangueule” adlanan pamfletin əlyazmasını ələ keçirməyə çalışırdı, Abel-François Poisson de Vandières isə onu geri satın almağa cəhd edirdi. Onun hətta Volterin özünü də hədələdiyi iddia edilmişdir. Libellistin qurbanları arasında Londonda yaşayan Brankas hersoqu və Loraqe qrafı Lui-Leon-Felisite də var idi. Hersoq şantajçını susdurmağa nail olmuş və nəticədə Teveno de Morand 26 noyabr 1773-cü il tarixli "London Evening Post" qəzetində ondan açıq şəkildə üzr istəmişdir.

Madam dü Barriyə qarşı libell qalmaqalı thumb|Madam dü Barrinin portreti.

1771-ci ilin iyul ayında Başomonun xələfi Pidansat de Mayrober kimi nüfuzdan düşmüş Şvazöl klanının tərəfdarlarından birinə çevrilən Teveno de Morand, kralın sevimlisi madam dü Barrini hədəf seçmişdir. O, qadına həsr olunmuş yeni bir libell nəşr etdirəcəyi ilə Versal sarayını hədələmişdir. Kralın Gizli Xidmətinin rəhbəri qraf de Brolyi libellistin sirdaşı olan şevalye Şarl d'Eon de Bomona onun fəaliyyətini izləməyi və bu işin qarşısını almağı tapşırmışdır. Böyük əks-səda doğuran bu əsər heç vaxt işıq üzü görmədiyi üçün bizə yalnız onun adı məlumdur: "Bir fahişə qadının gizli xatirələri və ya qrafinya madam dü Barrinin beşikdən etibarən şərəf yatağına qədər olan macəraları haqqında araşdırmalar. Həmçinin, hersoq d'Egiyonun fitnə-fəsadları və xeyirxah əməllərinə dair hekayə və hadisələrlə zənginləşdirilmiş nəşr". 1773-cü ilin iyul ayında kralın baş xidmətçisi tərəfindən Versalda xəbər verilən bu məsələ təxminən on ay ərzində nazirliyin, dü Barri klanının, qraf de Brolyinin və Londondakı agentlərin diqqət mərkəzində olmuşdur.Louis-François Marie marquis Des Cars. Voir sur ce point, Correspondance secrète du duc de Broglie, t. II, page 2, 5, 65, 75, 420. Libellisti qaçırmaq üçün qraf de Murepa tərəfindən göndərilən kral qvardiyasının polkovniki Belanje de Bule və Roş de Şamprönün rəhbərlik etdiyi bir neçə polis əməliyyatı uğursuzluqla nəticələndikdən sonra,Olivier Blanc, L'amour à Paris, 2003, pages 299-303. hökumət libelli satın almaq qərarına gəlmişdir. 1774-cü ilin avqust ayına qədər şevalye d'Eon, daha sonra isə 1774-cü ilin sentyabr ayında İki Körpü şahzadəsinin məktublarını daşıyan Mari-Feliks Gerye de Lormua başda olmaqla bir neçə vasitəçi danışıqlara qoşulmuşdur. 1773-cü ilin avqustundan 1774-cü ilin yanvarına qədər olan beş ay ərzində "Gizli xatirələr" ilə bağlı danışıqlarda müəyyən qeyri-müəyyənlik yaranmışdır. Özünü təhlükədə hiss edən Morand qarşı tərəfə ömürlük təqaüd ödənilməsi şərtini qoymuşdur. Yanvar ayının əvvəlində libellin çapı başa çatmış və yayılmağa hazır vəziyyətə gətirilmişdir. Kralın qərarı ilə bu missiyanın icrası iki nəfərə – qraf de Lorage və Pyer Bomarşeyə həvalə edilmişdir. Müəllif otuz iki min livrə çatan borclarını ödəmək üçün min luiddən çox pul tələb etmişdir. Kitabın çap xərclərinin ödənilməsi müqabilində libellistin tələblərinə uyğun olaraq dörd min livrə məbləğində ömürlük təqaüd təyin edilmişdir. Bunun da yarısı onun həyat yoldaşına, üçdə biri isə övladlarına ötürülə bilərdi.Pierre Pinseau, L'étrange destinée du chevalier d'Éon, Clavreuil, 1945, page 141.

29 aprel 1774-cü il tarixdə şahidlərin iştirakı ilə protokol və məcburi öhdəlik sənədi imzalandıqdan, həmçinin "Xatirələr"in satış müqaviləsi tərtib edildikdən sonra kitabın bütün tirajı yandırılaraq məhv edilmişdir.Aiguillon à Beaujon, 18 avril 1774, Versailles ; le banquier Van Neck à Morande, 29 avril 1774, Londres, Contrat de négociations.

Fransanın Londondakı səfiri qraf de Mustyenin bir neçə il sonra qeyd etdiyi kimi, dövlətin bir daha bu cür rəzalətləri satın almaq məcburiyyətində qalmamasını arzulamaq lazım gəlirdi, çünki fırıldaqçı Morand öz əsərini uğurla sataraq bu qəbildən olan digər yazıların ərsəyə gəlməsini stimullaşdırdığı üçün sonradan peşmanlıq hissi keçirmişdir.

Meşəbəyiyə çevrilmiş brakonyer 1774-cü ildən etibarən Teveno de Morand Bomarşenin Londondakı agentinə çevrilmişdir. O, Bomarşeyə həm libellərin tapılmasında, həm də amerikalı üsyançılara dəstək layihəsində köməklik göstərmişdir. "Fiqaronun toyu" əsərinin müəllifi, həmçinin onun kiçik qardaşı Lazar-Jan Teveno de Fransini katib kimi öz xidmətinə qəbul etmişdir. Britaniya müxalifəti ilə əlaqələri olan Morand Fransa hökumətinin Londonda yaşayan əsas həmsöhbətlərindən birinə çevrilmişdir. O, səfirliyi donanmanın hərəkəti və parlamentin iclasları barədə məlumatlandırmışdır. O həmçinin, Fransa adından gəmiçilik şirkətlərinin yaradılması kimi kommersiya layihələrini də təşviq etmişdir.