Beynəlxalq Elm Tarixi və Fəlsəfəsi İttifaqı (, qısaca: IUHPST) — elm tarixi və fəlsəfəsi habelə texnologiya sahəsində fəaliyyət göstərən alimlərin əməkdaşlığı üçün yaradılmış qlobal qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır. İttifaq Beynəlxalq Elm Şurasının (ISC, keçmiş ICSU) tamhüquqlu üzvüdür.
1955-ci ildə "Beynəlxalq Elm Tarixi İttifaqı" (IUHS) ilə "Beynəlxalq Elm Fəlsəfəsi İttifaqı"nın (IUPS) birləşməsi nəticəsində təsis edilmişdir.
Təşkilati cəhətdən İttifaq iki bölmədən ibarətdir: Elm və Texnologiya Tarixi Bölməsi (DHST) Məntiq, Metodologiya, Elm və Texnologiya Fəlsəfəsi Bölməsi (DLMPST)
1957-ci ildən Təbiətşünaslıq və Texnika Tarixçilərinin Sovet Milli İttifaqı (hazırda Rusiya Milli Elm və Texnika Tarixi və Fəlsəfəsi Komitəsi) bu İttifaqın üzvüdür.
Elm və Texnologiya Tarixi Bölməsi (DHST) DHST hər dörd ildən bir Beynəlxalq Konqres təşkil edir. Bölmə həmçinin çoxsaylı komissiyaların fəaliyyətini əlaqələndirir. Elm tarixi üzrə milli komitələr tərəfindən iştirak edən 98 dövlət və 26 beynəlxalq elmi ittifaq DHST-nin üzvüdür.
Konqreslər thumb|Elm tarixinə dair XIII Beynəlxalq Konqresə (Moskva, 1971) həsr olunmuş SSRİ markası|250x250px
Elm tarixinə dair beynəlxalq konqreslər:
1929 — Paris 1931 — London, həmçinin bax 1934 — Portu-Koimbra-Lissabon 1937 — Praqa 1947 — Lozanna 1950 — Amsterdam 1953 — Qüds 1956 — Florensiya-Milan 1959 — Barselona-Madrid 1962 — İtaka 1965 — Krakov 1968 — Paris 1971 — Moskva 1974 — Tokio 1977 — Edinburq 1981 — Buxarest, (24 avqust — 4 sentyabr) 1985 — Berkli, həmçinin bax 1989 — Hamburq 1993 — Saraqosa 1997 — Lyej 2001 — Mexiko, həmçinin bax 2005 — Pekin 2009 — Budapeşt 2013 — Mançester 2017 — Rio-de-Janeyro 2021 — Praqa (25—31 iyul 2021) 2025 — Danidin (29 iyun — 5 iyul 2025) 2029 — Paris (8—14 iyul 2029)
Məntiq, Metodologiya, Elm və Texnologiya Fəlsəfəsi Bölməsi (DLMPST)
DLMPST 2015-ci ilə qədər "Məntiq, Metodologiya və Elm Fəlsəfəsi Bölməsi" adlanırdı. Bölmənin əsas fəaliyyət istiqaməti hər dörd ildən bir məntiq, fəlsəfə və elm metodologiyası üzrə konqreslərin (CLMPS, 2015-ci ildən — CLMPST) təşkil edilməsidir.
Konqreslər
CLMPS I: Stenford, Kaliforniya, ABŞ, 1960 CLMPS II: Qüds, İsrail, 1964 CLMPS III: Amsterdam, Niderland, 1967 CLMPS IV: Buxarest, Rumıniya, 1971 CLMPS V: London, Kanada, 1975 CLMPS VI: Hannover, Almaniya, 1979 CLMPS VII: Zalsburq, Avstriya, 1983 CLMPS VIII: Moskva, SSRİ, 1987 CLMPS ІХ: Uppsala, İsveç, 1991 CLMPS X: Florensiya, İtaliya, 1995 CLMPS XI: Krakov, Polşa, 1999 CLMPS ХІІ: Ovyedo, İspaniya, 2003 CLMPS ХІІІ: Pekin, Çin, 2007 CLMPS XIV: Nansi, Fransa, 2011 CLMPS XV: Helsinki, Finlandiya, 2015 CLMPST XVI: Praqa, Çexiya, 2019
Prezidentlər
Stiven Koul Klini Georq Henrik fon Vriqt (1963—1965) Yeqoşua Bar-Hillel (1966—1969) Stefan Körner (Stefan Körner, 1969—1971) Andjey Mostovski (1971—1975) Yaaqqo Hintikka (1975) Patrik Suppes (Patrick Suppes, 1975—1979) Yeji Los (Jerzy Łoś, 1979—1983) Dana Skott (1983—1987) Lourens Conatan Koen (1987—1991) Yens Erik Fenstad (1991—1995) Uesli Selmon (1995—1999) Mixael Oşer Rabin (1999—2003) Adolf Qrünbaum (2003—2007) Vilfrid Hoces (Wilfrid Hodges, 2007—2011) Elliot Sober (Elliott Sober, 2011—2015) Menaxem Magidor (2016—2019)
Komissiyalar və komitələr
Geologiya Elmlərinin Tarixi üzrə Beynəlxalq Komissiya (INHIGEO) Rusiya Milli Elm və Texnika Tarixi və Fəlsəfəsi Komitəsi (Sovet Təbiət Elmləri və Texnologiyası Tarixçilərinin Milli Assosiasiyası).
İstinadlar
Xarici keçidlər
DHST website DLMPST website
Kateqoriya:1955-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:Beynəlxalq Elm Şurasının üzvləri Kateqoriya:Beynəlxalq elmi təşkilatlar Kateqoriya:Beynəlxalq qeyri-kommersiya təşkilatları Kateqoriya:Elmin fəlsəfəsi Kateqoriya:Fəlsəfə təşkilatları