Yetim Gürcü () — gürcü xalq müğənnisi, şairi və aşığı. O, öz əsərlərini gürcü, erməni və Azərbaycan dillərində bəstələyib, ifa edib. Onun poeziyası, əsasən, özünün yaradıb oxuduğu və panduri simli alətində müşayiət etdiyi mahnılar vasitəsilə şifahi şəkildə yayılıb. Poeziyasının əsas motivlərini XIX əsrin sonu — XX əsrin əvvəllərində yaşamış bohem yəhudilərinin, həmçinin fəhlə, kəndli və xırda burjuaziyanın həyatı təşkil edib.

Həyatı 250px|thumb|left|Tbilisdə ucaldılmış Yetim Gürcü heykəli Yetim Gürcü kasıb sənətkar ailəsində anadan olub. Onun atası Osmanlı imperiyasından Tiflisə qaçqın kimi köçən milliyətcə gürcü idi. Atası sonradan Tiflisdə Sara adlı erməni qadınla nigaha girib. Atasının ölümündən sonra 15 yaşlı Yetim anası və bacısı ilə birlikdə yoxsulluq içində yaşayıb. Tezliklə o, musiqi alətləri ustasının yanına şagird qəbul olunaraq qaval, çianuri və çonquri alətlərində peşəkarcasına çalmağı öyrənib. Bu müddət ərzində isə onların ailəsi Xarpuxi rayonundan Metexi körpüsünün yaxınlığına köçüb.

1895-ci ildən etibarən Yetim Gürcü şair və aşıq kimi çıxış etməyə başlayıb. O, özünü Sayat Nova xələfi hesab edirdi.

Yetim Gürcü hərbi xidmətdən qaçaraq gizlənib. Lakin orduya çağırılaraq Jitomirə düşmüş, daha sonra isə Odessa, Batumi və Bakıda səfil-sərgərdan həyat sürüb. 1905–1907-ci illərdə Bakı neft mədənlərində işləyib. Anti-hökumət nümayişlərində iştirak etdiyinə görə Volın quberniyasının Dubno şəhərində 4 il həbsdə qalıb, daha sonra Kremenets şəhərindəki xüsusi məskəndə 3 il sürgün həyatı yaşayıb.

1916-cı ildə Tiflisə qayıdıb. Avlabarda məskunlaşaraq köçəri həyat tərzi sürüb. Sadə xalq arasında böyük şöhrət qazanaraq toylara, şənliklərə və bu kimi məclislərə dəvət olunub.

1924-cü ilin payızında Tiflisdə Sergey Yeseninlə görüşüb. Yesenin onun ifasını belə qiymətləndirib: "Qocanın oxumasında hər bir səsə qarşı elə bir səmimiyyət və həssas sevgi var idi ki, ona qulaq asmamaq qeyri-mümkün idi. Mən müğənni ilə söhbət etdim, sonra isə özüm "Buludun bir gözəl mahnısı var..." misraları ilə başlayan mahnını oxudum. Yetim Gürcü mənə qulaq asıb qədim şəhərin mənzərəsini göstərərək dedi: «Kədərlənmək lazım deyil! Baxın, dünyada hər şey necə də gözəldir!»"

15 iyul 1940-cı ildə Yetim Gürcü Tbilisi şəhərində vəfat edib. Onun Vake qəbiristanlığındakı dəfn mərasimi böyük insan izdihamı ilə keçib. Sonradan nəşi Didube panteonuna köçürülərək yenidən dəfn olunub.

Yetim Gürcüyə olan ehtiram və xatirə Tbilisidə bu gün də yaşayır.

Əsərləri "Anabacı poeması", 1909 "Yeni şair və mahnılar", 1911 "İtikin yeni şeirləri", 1913 "Tanqo", 1914 "Seçilmiş şeirlər", 1928, 1958

Xatirəsi Tiflisdə, Köhnə şəhər hissəsində, Kür çayının sağ sahilindəki binaların qarşısında, Sioni məbədi və Sülh körpüsünün yaxınlığında Yetim Gürcünün abidəsi ucaldılıb (1985, heykəltəraş D.Mikatadze, memar Ş.Kavlaşvili).

Tiflisdəki küçələrdən birinə Yetim Gürcünün adı verilib.

İstinadlar

Ədəbiyyat Иосиф Гришашвили «Иети-Гурджи», 1928;

Xarici keçidlər Трубадур Тбилиси Прославленный ашуг Тифлиса — Иетим Гурджи

Kateqoriya:Aşıqlar