"NOX" () — ənənəvi Macarıstan musiqisini müasir tərzdə ifa edən Macarıstan musiqi qrupu. Kollektivin iki daimi üzvü mövcuddur: Silviya Peter Sabo və Tamaş Nad.

Avroviziyada 2005-ci ilin mart ayında mahnı "Eurovíziós Dalfesztivál" müsabiqəsinin finalında qalib gəlmiş, iki ay sonra isə Kiyevdə keçirilən 50-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmışdır.

Müsabiqənin final mərhələsində onlar "Forogj, világ!" adlı mahnı ilə 12-ci yeri tutmuşdur. Bu çıxış Macarıstanın 1998-ci ildən sonra müsabiqədəki ilk iştirakı olmuşdur.

Qrup, həmçinin bu mahnının "Spin, World!" adlı ingilisdilli versiyasını da lentə almışdır.

Heyəti Silviya Peter Sabo Tamaş Nad

Rəqqaslar Ferents Adamoviç Petra Dyimeşi Çaba Jolt Horvat Dora Kordovanı Katalin Roman Jolt Torma Tamaş Nad

Orkestr Sabolç Harmat — bəstəkar Imre Tsomba — bəstəkar, fortepiano Norbert Kardoş — fortepiano Klara Hodasi — skripka Andraş Lukaç — bas-gitara Ferents Kişvari — zərb alətləri Ferents Quyaş — xalq musiqi alətləri Balint Horvat — fortepiano

Diskoqrafiya 2002 — Örökség (Miras) 2003 — Bűvölet (Cazibədarlıq) 2004 — Karácsony (Milad) 2005 — Ragyogás (Parılda) 2006 — Örömvölgy (Sevinc vadisi) 2007 — Csendes (Sükut) 2008 — Időntúl (Zamanın digər tərəfində) 2009 — Most! (İndi!) 2002—2009 — Best of Nox

Videokliplər Százszor ölelj még! (2003) Ébredj fel! (2003) Forogj, világ! (2005) Csak játssz!(2005) Túl a Varázshegyen (2005) Szeretem (2006) Nem lesz több tánc (2006) Hiszed-e még? (2008) Még 1 perc (2009)

Mükafatları 2004 – Dalnokok Ligája – 1-ci yer 2005 – Mahasz 2004 – İlin Yerli Albomu – Bűvölet 2005 – 2005 Avroviziya Mahnı Müsabiqəsi – 12-ci yer 2005 – BRAVO OTTÓ – Ən yaxşı ansambl 2005 – VIVA Comet Díj – Ən yaxşı ansambl 2006 – Fonogram Magyar Zenei Díj – İlin Yerli Pop Albomu 2006 – Persian Golden Lioness Award 2007 – Magyar Kultúráért Díj 2007 – Aranyszem Díj – Videokliplərdə ən yaxşı rəqs ifası 2009 – Mentor Magyar Csillagok Díj

İstinadlar

Xarici keçidlər Видеоклип «Hiszed-e Még?» Блог группы на MySpace

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:2002-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Macarıstan musiqi qrupları Kateqoriya:Macarıstanın "Avroviziya" təmsilçiləri