"Ferto" — Yunanıstan müğənnisi Akilas tərəfindən ifa olunan, həmçinin Akilas, Orfeas Nonis, Teofilos Puzburis və Tomas Papatanasis tərəfindən yazılmış mahnı. Mahnının prodüserliyini Akilas, TEO.x3 və Papatanice üstlənmişdir. 15 fevral 2026-cı il tarixində buraxılan bu musiqi əsəri 2026-cı il 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Yunanıstanı təmsil etmişdir.

2026-cı il Avroviziya Mahnı Müsabiqəsi Sing for Greece 2026 "Sing for Greece 2026" ERT yayım şirkəti tərəfindən 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Yunanıstan təmsilçisini seçmək üçün təşkil olunmuş milli seçim turudur. Müsabiqə 11–15 fevral 2026-cı il tarixlərində Afinadakı "Peiraios 260" məkanında keçirilən üç şoudan ibarət olmuşdur. Bütün şoular ERT1, ERT World, İkinci Proqram (Mikaela Teofilu və Dimitris Meydanisin şərhçiliyi ilə), Voice of Greece və ERT echo radioları, eləcə də onlayn platformalar vasitəsilə yayımlanmışdır. Final mərhələsi eyni zamanda Kiprin RIK 1 kanalında və Avroviziyanın rəsmi "YouTube" kanalında da nümayiş etdirilmişdir.

Müsabiqə proqramına üç şou daxil edilmişdir: 11 və 13 fevral 2026-cı il tarixlərində baş tutan iki yarımfinal və 15 fevral 2026-cı il tarixində keçirilən final. Hər yarımfinalda 14 mahnı yarışmış və ən yaxşı nəticə göstərən yeddi mahnı finala vəsiqə qazanmışdır. Yarımfinalın nəticələri yalnız tamaşaçı səsverməsi ilə, finalın nəticələri isə tamaşaçı səsverməsi və münsiflər heyətinin ballarının kombinasiyası ilə müəyyənləşdirilmişdir. Tamaşaçı səsverməsi SMS və onlayn səsvermə vasitəsilə həyata keçirilmişdir.

4 yanvar 2026-cı il tarixində ERT1 kanalında yayımlanan "Sing for Greece – Ethnikós Telikós Eurovision 2026 – I finalist" proqramı zamanı Akilasın "Ferto" mahnısı ilə "Sing for Greece 2026" adlı milli seçim turunda iştirak edəcəyi elan olunmuşdur. Birinci yarımfinal mərhələsini uğurla keçən ifaçı 15 fevral 2026-cı il tarixində baş tutan finalda qalib gəlmiş, bununla da Avstriyanın Vyana şəhərində keçirilən 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Yunanıstanı təmsil etmək hüququ əldə etmişdir.

Mahnı Müsabiqədə 2026-cı il Avroviziya Mahnı Müsabiqəsi Avstriyanın Vyana şəhərində təşkil olunmuş və 12 ilə 14 may tarixlərində keçirilən iki yarımfinaldan, həmçinin 16 may 2026-cı il tarixində baş tutan final mərhələsindən ibarət olmuşdur. 12 yanvar 2026-cı il tarixində keçirilən püşkatma mərasimində Yunanıstanın birinci yarımfinalın birinci hissəsində çıxış edəcəyi müəyyənləşmişdir. Mahnı final mərhələsinə yüksəlmiş və müsabiqəni 220 xalla 10-cu sırada başa vurmuşdur.

İstinadlar

Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin mahnıları Kateqoriya:2026-cı ilin sinqlları