Roza Kostandyan (; ), daha çox Roza Linn () kimi tanınır — Ermənistan müğənnisi, mahnı müəllifi və musiqi prodüseri. O, İtaliyanın Turin şəhərində keçirilən 2022-ci il Avroviziya Mahnı Müsabiqəsində ölkəsini "Snap" mahnısı ilə təmsil etmişdir.

Uşaqlıq illəri Roza Ermənistanın Vanadzor şəhərində anadan olmuş və orada böyümüşdür. Altı yaşından etibarən fortepiano ifa etməyə başlamışdır. 2013-cü ildə Ermənistanın Uşaq Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda "Gitem" (; ) mahnısı ilə iştirak etmişdir.

Karyerası Roza Linn peşəkar musiqi karyerasına ABŞ ermənilərindən olan müğənni və mahnı müəllifi Tamar Kaprelyan tərəfindən təsis edilmiş ABŞ-nin "Nvak Collective" səsyazma leyblı ilə əməkdaşlıq edərək başlamışdır. 2021-ci ilin sentyabr ayında amerikalı müğənni Kiara ilə əməkdaşlıq çərçivəsində "King" adlı debüt sinqlını təqdim etmişdir. O, 2021-ci ilin noyabr ayında Ermənistan İctimai Televiziyasının (AMPTV) səhər proqramında bu mahnı ilə ilk dəfə televiziyada çıxış etmişdir. Həmin il "Flaunt" nəşri onu "Ermənistanın ilk qadın musiqi prodüseri" adlandırmışdır.

11 mart tarixində AMPTV rəsmi olaraq Rozanın ölkə təmsilçisi olduğunu elan etmişdir. Onun Avroviziya üçün nəzərdə tutulan "Snap" adlı mahnısı martın 19-da musiqi videosu ilə birlikdə işıq üzü görmüşdür. Mahnı Roza Linn, Tamar Kaprelyan, Larz Printsipato, Ceremi Dusulet, Elli Kristal və Kortni Harrell tərəfindən bəstələnmişdir. Roza mayın 10-da müsabiqənin birinci yarımfinalında "Snap" mahnısını ifa edərək finala vəsiqə qazanmışdır. O, mayın 14-də final mərhələsində bu kompozisiyanı yenidən ifa etmiş və müsabiqəni 20-ci sırada tamamlamışdır.

Müsabiqədən sonra "Snap" mahnısı "TikTok" platformasında trendə çevrilmiş və bir çox ölkənin milli çartlarına daxil olmuşdur. 2022-cü ilin avqust ayında ifaçı "Columbia Records" şirkəti ilə müqavilə imzalamışdır.

Diskoqrafiya

Mini-albomlar İl Başlıq 2023 Lay Your Hands Upon My Heart

Sinqllar +Baş sənətkara görə sinqlların siyahısı, seçilmiş siyahı mövqeləri ilə birlikdə, buraxılış ili və albom adını göstərir.BaşlıqİlPik çart mövqeyiAlbomAUSCANGERIREITANLDNORSWEUKWW«Gitem» ()2013—————————— rowspan="2" «King» 2021——————————«Snap» 202221521565610892622 Lay Your Hands Upon My Heart«WDIA (Would Do It Again)» —————————— «Never Be Mine» 2023—————————— Lay Your Hands Upon My Heart«Hallelujah»——————————«Universe» 2024—————————— rowspan="5" «One Cry» ——————————«Where Do I Go» ——————————«Out Here Looking» 2025——————————«Hot Chocolate (Warmer with You)»——————————«—» siyahıya daxil olmayan və ya həmin ərazidə yayımlanmamış sinqlı bildirir.

İstinadlar

Xarici keçidlər Роза Линн на Eurovision.tv

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Columbia Records artistləri