Viktor Vernikos Yorgensen (; ) — Yunanıstan və Danimarka müğənnisi, mahnı müəllifi. "What They Say" mahnısı ilə 2023-cü il Avroviziya Mahnı Müsabiqəsində Yunanıstanı təmsil etmişdir.

Həyatı Viktor Vernikos 2006-cı ilin oktyabr ayında Afinada, danimarkalı ata və yunan ananın ailəsində anadan olmuşdur. O, dörd yaşında fortepiano, səkkiz yaşında vokal, on yaşında isə gitara dərsləri almağa başlamışdır. On bir yaşından etibarən öz mahnılarını yazmağa başlayan Vernikos 2021-ci ildən bəri öz musiqisinin prodüserliyini layihələndirir. 2021-ci ildə o, ilk dəfə tamamilə özü tərəfindən yazılmış və ərsəyə gətirilmiş mahnısını buraxmışdır.

2022-ci ildə Vernikos 2023-cü il Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək imkanının dəyərləndirilməsi üçün Yunanıstanın ERT ictimai yayımçısına mahnı təqdim etdiyini elan etmişdir. 28 dekabr 2022-ci il tarixində onun "What They Say" mahnısının qısa siyahıya daxil edilən yeddi kompozisiyadan biri olduğu məlum olmuşdur. Sonradan o, son üç namizəd sırasına daxil olmuşdur. 30 yanvar 2023-cü il tarixində ERT yayımçısı Vernikosun 2023-cü il Avroviziya Mahnı Müsabiqəsində Yunanıstanı təmsil etmək üçün seçildiyini elan etmişdir. Beləliklə, o, Avroviziya Mahnı Müsabiqəsində Yunanıstanı təmsil edən ən gənc sənətçi olmuşdur.

Diskoqrafiya

Sinqllar 2020 — «Apart» 2021 — «Fake Club» 2021 — «Hope It’s in Heaven» 2022 — «Youthful Eyes» 2022 — «Mean To» 2022 — «Out of This World» 2022 — «Brutally Honest with You» 2023 — «What They Say»

İstinadlar

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Yunanıstan müğənniləri Kateqoriya:Yunanıstanın "Avroviziya" təmsilçiləri