"Həmşəhri" qəzeti (, ) — İranda nəşr olunan gündəlik qəzetdir.

Təsisçisi və mülkiyyətçisi Tehran şəhər bələdiyyəsinə məxsus olan bu mətbuat orqanı İranda ən çox oxunan qəzetlərdən biridir.

Təxminən 250,000–400,000 nüsxəlik tirajla çap olunan "Həmşəhri" qəzeti, İran dövlətindən maliyyə yardımı almadan, yalnız kommersiya elanları və reklam gəlirləri hesabına fəaliyyətini müstəqil şəkildə təmin edə bilən nadir mətbuat nümunələrindən biridir.

İlk nüsxəsi 15 dekabr 1992-ci ildə işıq üzü görən qəzet, Tehran metropoliyasında ən çox satılan dövri mətbuat orqanı statusunu hifz edib saxlayır.

Qəzet həmçinin xüsusi əlavələri və dövri jurnalları ilə də tanınır; onlar arasında "Gənc Həmşəhri" ( — Həmşəhri-ye Cəvan), "Diplomatik Həmşəhri" və "Aylıq Həmşəhri" kimi nəşrlər böyük populyarlıq qazanmışdır. İranda rəsmi həftəlik istirahət günü olan cümə günləri qəzetlər nəşr olunmur.

"Həmşəhri" qəzeti eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri və Küveytdə də yayılır.

İstinadlar

Xarici keçidlər – mirrored cartoons from Hamshahri, and commentary by irregulartimes.com Copyright Infringement by Hamshahri (Persian and English)

Kateqoriya:İran qəzetləri Kateqoriya:Fars dilində qəzetlər