Vyana arbitrajları — Nasist Almaniyası ilə Faşist İtaliyasının vasitəçiliyi (hakimliyi) altında, Macarıstanın 1920-ci ildə imzalanmış Trianon sülh müqaviləsi ilə itirdiyi ərazilərin dinc yolla (əslində isə Almaniyanın birbaşa təhdidi altında) geri almasını təmin edən iki mühüm tarixi-siyasi hadisədir. Birinci Vyana arbitrajı 1938-ci ildə, İkinci Vyana arbitrajı isə 1940-cı ildə baş tutmuşdur.
Bu arbitrajlar Macarıstanın iki dünya müharibəsi arasındakı dövrdə geri qaytarmaq üçün diplomatik mübarizə apardığı torpaqları bugünkü Slovakiya, Ukrayna və Rumıniyadan qoparıb almasına şərait yaratmışdır.
Almaniyanın 1945-ci ildə İkinci Dünya müharibəsində tamamilə məğlub olmasından sonra sözügedən qərarlar ləğv edilmiş və Macarıstan əldə etdiyi bütün bu əraziləri yenidən itirməli olmuşdur.
Birinci Vyana arbitrajı
thumb|Çexoslovakiyanın parçalanması. Birinci Vyana arbitrajı ilə verilən ərazilər çəhrayı rəngdə göstərilmişdir
Bu arbitrajın qərarı ilə 2 noyabr 1938-ci ildə Almaniya və İtaliya Çexoslovakiyanı cənubi Slovakiyanı və Cənubi Karpatarxasını (bugünkü Ukrayna ərazisi) Macarıstana verməyə məcbur etmişdir.
İkinci Vyana arbitrajı
thumb|Rumıniya və Şimali Transilvaniya (sarı rəngli ərazi)
Bu arbitraj ilə Almaniya və İtaliya 30 avqust 1940-cı ildə Rumıniyanı Transilvaniyanın yarısını (Şimali Transilvaniyanı) Macarıstana təhvil verməyə məcbur etmişdir. Nəticələri ləğv edilməyə çalışılan Trianon sülh müqaviləsində olduğu kimi, bu qərar da çoxmillətli bir regionu bir dövlətdən alıb digərinə verdiyi üçün irimiqyaslı əhali köçünə (miqrasiyaya) səbəb olmuşdur.
Buna əlavə olaraq, 7 sentyabr 1940-cı ildə Rumıniya 1913-cü ildə İkinci Balkan müharibəsi nəticəsində əldə etdiyi Cənubi Dobrucanı Bolqarıstana qaytarmaq məcburiyyətində qalmışdır.
İstinadlar
Kateqoriya:1930-cu illərin hadisələri Kateqoriya:1938-ci ildə siyasət Kateqoriya:1940-cı ildə siyasət Kateqoriya:Almaniyanın müqavilələri Kateqoriya:Beynəlxalq konvensiyalar Kateqoriya:Beynəlxalq məhkəmələr Kateqoriya:Çexoslovakiya tarixi Kateqoriya:Çexoslovakiyanın müqavilələri Kateqoriya:Ərazi dəyişiklikləri Kateqoriya:XX əsrdə Bolqarıstan Kateqoriya:XX əsrdə Macarıstan Kateqoriya:İkinci dünya müharibəsində Rumıniya Kateqoriya:İkinci Dünya müharibəsində Şərq cəbhəsi Kateqoriya:İkinci Dünya müharibəsinin müqavilələri Kateqoriya:İtaliyanın müqavilələri Kateqoriya:Macarıstanın modern tarixi Kateqoriya:Macarıstanın müqavilələri Kateqoriya:Münxen Kateqoriya:Rumıniyanın müqavilələri Kateqoriya:Slovakiya tarixi Kateqoriya:Sülh müqavilələri Kateqoriya:Ukrayna tarixi Kateqoriya:Vyana tarixi Kateqoriya:XX əsrdə beynəlxalq münasibətlər