Yelena Dmitriyeviç (; ) — Serbiyalı yazıçı, şair, səyyah, sosial işçi, poliqlot və feminist. O, 1894-cü ildə müasir Serbiya tarixində səyahət mövzusunda nəsr əsəri nəşr edən ilk qadın hesab edilir. 1926-1927-ci illərdə o, Uzaq Şərq, Şərqi Asiya və Hindistan da daxil olmaqla dünya ətrafında səyahət edib və Hindistanda Rabindranat Taqorun qonağı olub.

Həyatı Yelena Dmitriyeviç 27 mart 1862-ci ildə Kruşevatsda anadan olub. O, XIX əsrin sonu — XX əsrin əvvəllərinin görkəmli serb yazıçısı kimi tanınmaqla fərqlənib. O, fransız, ingilis, rus, italyan, yunan və türk dillərində danışmağı müstəqil şəkildə öyrənib. Yazıçı Serbiyanın mədəni irsi və pravoslav dini ruhunda, hörmətli və zəngin bir ailədə böyüyüb.

Uşaqlıqda aldığı və onu məktəbi tərk etməyə məcbur edən göz zədəsinə, eləcə də həkimlərin mütaliəni qadağan edən məsləhətlərinə baxmayaraq, o, erkən yaşlarından özünü yazıçılığa həsr edib. Həyat yoldaşı Yovan Dimitriyeviç onun üçün böyük bir dayaq olub. Yovan onun yazıçı və sosial fəaliyyətini dəstəkləməklə yanaşı, həm də tez-tez onun səyahət yoldaşı və tam etibar edə biləcəyi bir şəxsə çevrilib. Dimitriyeviç geniş coğrafiyada səyahətlər edib və Yunanıstan, Hindistan, Misir, eləcə də Amerika təəssüratlarını bir sıra kitablarında təsvir edib. Həyat yoldaşı vəfat etdikdən sonra o, ömrünün qalan hissəsini yas içində keçirib.Stjelja, Ana, "The case of Serbian writer Jelena J. Dimitrijević (1862-1945)" , Lamed-E, Autumn 2013, Number 20 (ed. Ivan Ninić), p. 21.

1881-ci ildə onlar 1878-ci ilə qədər Osmanlı imperiyasının tərkibində olan Niş şəhərinə köçüblər. O, bütün enerjisini müsəlman qadınlarının həyatını öyrənməyə sərf edib və 1897-ci ildə "...qadın müəllif tərəfindən yazılmış və nəşr edilmiş ilk serb nəsr kitabı" olan "Pisma iz Niša o haremima" (Nişdən hərəmlər haqqında məktublar) əsərini çap etdirib. Türk qadınlarının həyatını, o cümlədən hərəmin qapalı dünyasını dərindən anlamaq və altmışlı yaşlarında dünya ətrafında səyahətə çıxmaq onun ən böyük nailiyyətlərindən olub. Bu cür portretlər, köklərinin yalnız Şimal-Qərbi Avropa və Şimali Amerikaya bağlı olduğunu hesab edən XIX və XX əsrin əvvəlləri feminizminin dar çərçivəli anlayışlarına qarşı dəyərli bir cavab rolu oynayır. Məsələn, Yelena Misir Feminist Birliyinin təsisçisi xanım Huda Şaaravi ilə görüşməkdən böyük qürur duyub. O, bu görüş barədə Yaxın Şərq səyahətlərindən bəhs edən və 1940-cı ildə böyük rəğbət qazanan "Sedam mora i tri okeana" (Yeddi dəniz və üç okean) adlı səyahətnaməsində ətraflı şəkildə bəhs edib. Onun ən mühüm romanı olan "Nove" (Yeni qadınlar) əsəri XX əsrdə təhsilli müsəlman qadınların öz ənənəvi həyat tərzləri ilə bağlı qarşılaşdıqları dilemmalardan bəhs edir. "Nove" əsərinə görə Dimitriyeviç 1912-ci ildə ədəbiyyat sahəsində nüfuzlu "Matica Srpska" mükafatını qazanıb.

O, romanlarla yanaşı lirik poeziya nümunələri də qələmə alıb, lakin daha çox, doğulduğu tarixdən 50 il əvvəl – Cənubi Serbiya şəhəri olan Nişin hələ Osmanlı imperiyasının tərkibində olduğu dövrlərdə türk hərəmlərindəki həyatın portretlərini əks etdirən, yarı bədii, yarı tarixi-antropoloji xarakterli "Pisma iz Nisa o Haremima" əsəri ilə və mərkəzi Saloniki şəhəri olan 1908-ci il Gənc türklər inqilabı dövründə Osmanlı imperiyasından bəhs edən real səyahətnamə – "Pisma iz Soluna" (Salonikidən məktublar) ilə şöhrət qazanıb. Bu məktublar ilk dəfə 1908–1909-cu illərdə "Srpski književni glasnik" (Serb Ədəbiyyat İcmalı) jurnalında, daha sonra isə 1918-ci ildə Sarayevoda ayrıca kitab şəklində nəşr edilib. Əsərin ingilis dilinə tərcüməsi isə 2017-ci ildə işıq üzü gürüb.

XX əsrin əvvəllərində o və həyat yoldaşı Belqradda yaşayıblar və o, Serbiya Yazıçılar Birliyinin üzvü olub. Yazıçı 10 aprel 1945-ci ildə Belqradda, 83 yaşında vəfat edib.

Əsərləri Jelenine pesme (Pesme Jelene Jov. Dimitrijevića), 1894. Pisma iz Niša o haremima, 1897. Đul-Marikina prikažnja, short stories, 1901. Fati-Sultan, Safi-Hanum,Mejrem-Hanum, short stories, 1907. Nove, 1912. Amerikanka, 1918. Pisma iz Soluna, 1918. Pisma iz Indije, 1928. Pisma iz Misira, 1929. Novi svet ili u Americi godinu dana, 1934. Une vision, 1936. Sedam mora i tri okeana. Putem oko sveta, 1940.

İstinadlar

Xarici keçidlər

:en:Jovan Skerlić, Istorija Nove Srpske Književnosti / A History of New Serbian Literature (Second Edition, 1921), page 476. Књига Јелене Димитријевић Писма из Ниша о харемима Каталог ретких српских књига Јелена Димитријевић - неустрашива дама која је померала границе („Вечерње новости“, 1. јануар 2016)