Əl-Monitor () — ərəb əsilli amerikalı sahibkar Camal Daniel tərəfindən 2012-ci ildə istifadəyə verilmiş xəbər saytı. Vaşinqton şəhərində mərkəzləşən Əl-Monitor, Yaxın Şərqə aid reportaj və təhlillər təqdim edir. Əl-Monitor Beynəlxalq Mətbuat İnstitutunun 2014-cü il Azad media pioneri mükafatının qalibidir.
Tarixi və təşkilatlanması Əl-Monitor 13 fevral 2012-ci ildə Camal Daniel tərəfindən istifadəyə verilib. Təşkilat, dünyanın ən nüfuzlu müstəqil yazıçılarının dərin təhlillərini təqdim etməklə Yaxın Şərq və beynəlxalq ictimaiyyət arasında daha dərin qarşılıqlı anlaşmanı təşviq etmək missiyası ilə təsis edilib.
2018-ci ildə Əl-Monitor, "yüksək səviyyəli əməliyyat və maliyyə qərarlarının qəbul edilməsini təmin etmək, eləcə də potensial məzmun və kommersiya inkişaf imkanlarını birgə araşdırmaq" məqsədi ilə Əl-Monitoru idarə etmək üçün keçmiş "Washington Post" və "Wall Street Journal" redaktorları Markus Brauxli və Saşa Vuçiniç tərəfindən təsis edilmiş "North Base Media" ilə tərəfdaşlıq yaratdı.
Məzmunu Əl-Monitor, xüsusilə Misir, Fars körfəzi, İran, İraq, İsrail, İordaniya, Livan, Şimali Afrika, Fələstin, Suriya və Türkiyəyə yönəlmiş Yaxın Şərqdən olan jurnalist və ekspertlərin hesabatlarını və təhlillərini dərc edir.
2015-ci ildə Əl-Monitor yeni veb-sayt təqdim etdi və Vaşinqtonda baş verən hadisələri daha ətraflı işıqlandırılması, yeni mədəniyyət bölməsi, podkast və videomateriallar əlavə etməklə əhatə dairəsini genişləndirdi. 2023-cü ildə Əl-Monitor biznes və texnologiya mövzuları haqda daha çox yazılar yaymağa başladı, bir neçə xəbər bülleteni buraxmış və veb-saytın məzmununa giriş üçün abunə modelini tətbiq etdi. 2024-cü ildə Əl-Monitor məqalələrin tərcüməsini yeddi dilə inteqrasiya etdi və veb-saytda məqalələri audioformatda dinləməyi mümkün etdi.
Keçmiş və indiki redaktorlar, köşə yazarları və töhfəçilər arasında "The Economist" qəzetinin keçmiş Türkiyə müxbiri Amberin Zaman, İsrailin nüfuzlu milli təhlükəsizlik şərhçiləri və analitiklərindən biri Ben Kaspet, "Fələstin Nəbzi" bölməsinin köşə yazarı Daud Kuttab, BƏƏ-dəki "The National" qəzetinin keçmiş köşə yazarı və "Time" jurnalının 2011-ci ilin "Ən yaxşı 140 Tvitter akkauntları" siyahısında yer alan Sultan əl-Qasımi, "USA Today"-in keçmiş diplomatik müxbiri və Atlantik şurasının baş elmi işçisi Barbara Slavin, "Politico", "Foreign Policy" və "Yahoo"-nun keçmiş xarici siyasət müxbiri Laura Rozen, Misir və Ərəb baharı haqqında geniş yazılar yazan misirli yazıçı, Qahirədə yaşayan mərhum siyasi analitik Bassem Səbri, "Al Jazeera TV"-nin müxbiri Əli Həşim, "Foreign Policy"-nin müxbiri Cek Detç, BƏƏ-dəki "The National" qəzetinin keçmiş Vaşinqton müxbiri Coys Karam, "Time" jurnalının keçmiş baş redaktoru Edvard Felsental.
Mükafatları 2014-cü ildə Beynəlxalq Mətbuat İnstitutu Əl-Monitora "Azad Media Pioneri" mükafatını təqdim etdi və bildirdi ki, innovativ və qəti müstəqil medianın dəyişiklik və qarışıqlıq dövrdə Əl-Monitorun misilsiz reportajları və analitikası nümunəvi rol oynayır.
2017-ci ildə "Online News Association" Əl-Monitora "Middle East Lobbying: The Influence Game" adlı reportajlara görə "Ən yaxşı izahlı reportaj" üzrə onlayn jurnalistika mükafatını verdi. "Society for Advancing Business Editing and Writing" adlı assosiasiya 2019-cu ildə Yaxın Şərq lobbiçiliyi barədə olan məlumat bülleteninə görə Əl-Monitora ""Biznesdə ən yaxşı" mükafatını verdi.
Nüfuzu 2013-cü ilin yanvar ayında "The Independent" qəzetinə işləyən İan Barrell Əl-Monitoru "regiondan olan tanınmış yazarların şərhlərini bir araya gətirən iddialı bir veb sayt" adlandırdı. 2012-ci ildə keçmiş The Washington Post xarici əlaqələr bloqçusu Maks Fişer Əl-Monitoru "Yaxın Şərqi izləyən əvəzsiz veb nəşr" adlandırmışdı. "Huffington Post" xəbər veb-saytı Əl-Monitorun Yaxın Şərq haqqında dərin şərhlərini "oxumağa dəyər" kimi təsvir etmişdir və “The Economist” jurnalı Əl-Monitorun Misir və İranla bağlı yazılarını “Nə oxuyum” bölməsinə əlavə etmişdir.
Suriyadakı hadisələrin işıqlandırılması, Amberin Zamanın, eləcə də İdlib, Hələb və digər yerlərdəki müstəqil və müxalifətlə əlaqəli suriyalı müxbirlərin çox vaxt təhlükəli və çətin şəraitdə işlədiyi yerlərdəki mükəmməl reportajları sayəsində baş tutmuşdur. Əl-Monitor tarixi boyu İsrail, Qərb Şəriə və Qəzzadan olan əməkdaşlara açıqlama fürsəti verərək, İsrail-Fələstin məsələlərinin işıqlandırılmasında "qərəzlilik" problemindən qaçınmışdır. Onun inklüziv və qabaqcıl təşəbbüslərinin nümunəsi kimi Tehranlı iranlı akademik, Tel-Əvivli israilli müxbir və Vaşinqtonlu keçmiş ABŞ rəsmiləri Dennis Ross və Fiona Hill arasında baş tutan müzakirələri ehtiva edən "PBS News Hour" ilə əməkdaşlığı göstərmək olar.
Əl-Monitor redaktorları və jurnalistləri tez-tez qlobal mediada, o cümlədən "New York Times", "Washington Post", "BBC", "Fox News", "Al-Jazeera" və bir çox başqa kütləvi informasiya vasitələrində Yaxın Şərq üzrə ekspertlər kimi təqdim olunurlar. 2024-cü ildə "BBC" bu nəşri "nüfuzlu Yaxın Şərq xəbər bülleteni" kimi təsvir etmişdir.
Tədbirləri 2023-cü ilin sentyabr ayında Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasları çərçivəsində Əl-Monitor, Yaxın Şərq Qlobal Zirvəsinə ev sahibliyi etmək üçün Semafor veb-saytı ilə tərəfdaşlıq etdi. Zirvə görüşündə İordaniya kralı II Abdullah ibn Al Hüseyn; İraq baş naziri Məhəmməd Əl-Sudani; BƏƏ prezidentinin baş diplomatik müşaviri Dr. Ənvər Qarqaş; Ağ Evin Enerji və İnvestisiya üzrə baş müşaviri Amos Hoxşteyn; Omanın xarici işlər naziri Seyyid Bədr Əlbusaidi; ABŞ Dövlət Katibinin köməkçisi Barbara Lif, eləcə də digər yüksək vəzifəli regional nazirlər və özəl sektor liderləri ilə müsahibələr aparıldı.
Həmçinin bax
"Middle East Monitor"
İstinadlar
Kateqoriya:2012-ci ildə Vaşinqton şəhərində yarananlar Kateqoriya:2012-ci ildə yaranan nəşrlər Kateqoriya:ABŞ xəbər veb-saytları Kateqoriya:Yaxın Şərq kütləvi informasiya vasitələri