Jlobin (; ; ) — Belarusun Qomel vilayətində şəhər. Dnepr çayının sahilində yerləşir və Jlobin rayonunun inzibati mərkəzidir.
Vilayət mərkəzi Qomeldən 83 km məsafədə yerləşir. 2025-ci ilin məlumatına görə əhalisinin sayı 76 304 nəfərdir.
Şəhər "Belarus Metallurgiya Zavodu" (BMZ) polad istehsalı müəssisəsinin qurulduğu yer kimi tanınır. BMZ Belarusun ən böyük şirkətlərindən biridir və polad məftillər, kəndirlər üzrə dünya bazarında vacib istehsalçılardan sayılır. Şəhər iqtisadiyyatının əsas dayağı bu şirkətdir.
Tarixi thumb|left|Müharibələrarası dövrdə Dəmiryolçular Klubu Jlobin Xodkeviç ailəsinin şəxsi mülkü olan qəsəbə idi.Słownik geograficzny Królestwa Polskiego i innych krajów słowiańskich, Tom XIV. — Warszawa, 1895. — S. 791. Şəhər tez-tez Moskva knyazlığının qoşunlarının hücumlarına məruz qalmış, Litva–Moskva müharibəsi zamanı Moskva tərəfindən ilhaq edilsə də, qısa müddət sonra yenidən Böyük Litva Knyazlığına qaytarılmışdır.
1939-cu ildə şəhər əhalisinin 19%-ni yəhudilər təşkil edirdi. İkinci Dünya müharibəsi zamanı Jlobin 3 iyul 1941-ci ildən 13 iyul 1944-cü ilə qədər vermaxt tərəfindən işğal altında saxlanılıb. Nasistlər yəhudiləri əsir götürərək iki fərqli gettoya salmış, orada aclıq, xəstəlik və amansız rəftara məruz qoymuşdurlar. 12 aprel 1942-ci ildə gettolarda 1200 yəhudi qətlə yetirilib.Yad Vashem: Jlobin yəhudilərinin qətliamı . Müraciət tarixi: 30 may 2026.
Tanınmış şəxsləri Lev Tamkov — belaruslu memar Vsevolod Steburaka — belaruslu şair və nasir Mixail Bıkov — Sovet İttifaqı Qəhrəmanı, aviasiya eskadronunun komandiri Sergey Matveyçik — belaruslu futbolçu Artyom Levşunov — NXL-də "Çikaqo Blekhoks" komandasında çıxış edən xokkeyçi
Əhalisi 1997: 69 800 nəfər 2023: 77 049 nəfər1 yanvar 2023-cü il vəziyyətinə və Belarus Respublikası üzrə vilayətlər, rayonlar, şəhərlər və şəhər tipli qəsəbələr kəsiyində əhalinin sayı . Belarus Respublikasının Milli Statistika Komitəsi. Müraciət tarixi: 14 avqust 2023. 2024: 76 844 nəfər1 yanvar 2024-cü il vəziyyətinə və Belarus Respublikası üzrə vilayətlər, rayonlar, şəhərlər və şəhər tipli qəsəbələr kəsiyində əhalinin sayı . Belarus Respublikasının Milli Statistika Komitəsi. Müraciət tarixi: 30 may 2026.
İdman Belarus Ekstraliqasında çıxış edən "Metallurq Jlobin" yerli peşəkar xokkey komandasıdır.
Sənaye müəssisələri "BMZ - idarəedici holding şirkəti" ASC "RMKK" ASC-nin "Jlobin Süd Zavodu" filialı "Jlobinselxozximiya" Dövlət Unitar Müəssisəsi "Jlobin Tikiş Fabriki" ASC "Jlobin Səyyar Mexanikləşdirilmiş Kolon 71" Dövlət Müəssisəsi "Jlobin Ət Emalı Zavodu" ASC "BelFa" ASC Jlobin çörək zavodu "Jlobinmebel" ASC "Metallurqtorg" Müəssisəsi
Beynəlxalq əlaqələri Tərəfdaş şəhərlər: Skalenge, İtaliya (1992-ci ildən) Smederevo, Serbiya Vıksa, Rusiya
İstinadlar
Mənbələr Belarus Ensiklopediyası: 18 cilddə. 6-cı cild. — Minsk: Belarus Ensiklopediyası, 1998. — S. 433–434.
Xarici keçidlər Radzima.org saytında şəkilləri Jlobin.By: Xəbərlər və fotolar
Kateqoriya:Qomel vilayətinin yaşayış məntəqələri Kateqoriya:Belarusun yaşayış məntəqələri Kateqoriya:Belarusda Holokost yerləri Kateqoriya:Dnepr sahilindəki yaşayış məntəqələri Kateqoriya:Jlobin rayonu Kateqoriya:Belarus şəhərləri