Narışlar — Azərbaycan Respublikasının Laçın rayonunun Daşlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Narışlar kəndi Çalbayır silsiləsinin ətəyindədir. Kənd narışlar nəslinin adını daşıyır. XIX əsrdə Cavanşir qəzasında Narışlı adlı binə də olmuşdur. Samux rayonunun Çoban Abdallı kəndindı Narışdılar məhəlləsi, Başqırdıstanın Baray rayonunda Narış adlı kənd mövcuddur.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlar
Xarici keçidlər Narışlar
Kateqoriya:Laçın rayonunun kəndləri