Xargita () — Transilvaniyada, Karpat dağlarında yerləşən Rumıniya judetsi. İnzibati mərkəzi Mierkurya-Çuk şəhəridir. Sahəsi 6,639 km²-dir.

İqtisadiyyatı Ölkənin sənaye məhsulunun %1,1-i və kənd təsərrüfatı ümumi məhsulunun %1,2-si bu judetsin payına düşür. Ərazidə mis və dəmir filizш hasil olunur.

Emal sənayesinin əsas sahələri — meşə və ağac emalı (judetsin sənaye məhsulunun %23-ü), tekstil (%21), geyim (%18), qida sənayesi (%12) və maşınqayırmadır (%10,5).

Judets ərazisinin üçdə bir hissəsi meşələrlə örtülmüşdür. Kənd təsərrüfatı torpaqlarında çəmənliklər və otlaqlar üstünlük təşkil edir. Arpa, buğda, qarğıdalı, vələmir; texniki bitkilərdən isə əsasən şəkər çuğunduru becərilir. Bağçılıq (alma, gavalı), kartofçuluq və tərəvəzçilik inkişaf etmişdir.

İstinadlar

Kateqoriya:Rumıniyanın judetsləri Kateqoriya:Transilvaniya coğrafiyası