Konstantin Senetesku (; ) — Rumıniya dövlət və hərbi xadimi, general. O, diktator Yon Antoneskunun devrilməsində (23 avqust 1944) fəal iştirak etmiş, bunun nəticəsində Rumıniya Antihitler koalisiyasının tərəfinə keçmiş və özü bu çevrilişdən sonrakı ilk Rumıniya baş naziri olmuşdur.

Bioqrafiyası

General George Seneteskunun () oğludur. 1907-ci ildə Buxarestdəki Hərbi Məktəbi bitirmişdir. 1913-cü ildə Balkan müharibəsində və Birinci Dünya müharibəsində iştirak etmişdir. Daha sonra Paris və Londonda hərbi attaşe kimi fəaliyyət göstərmişdir. 1935-ci ildən general rütbəsi daşımış, 1937-ci ildən isə Baş qərargah rəisinin müavini olmuşdur. 1940-cı ildə Rumıniya ərazilərinin bir hissəsinin SSRİ-nin nəzarətinə keçməsi ilə əlaqədar Moskvada aparılan danışıqlarda Rumıniya hərbi nümayəndə heyətinə rəhbərlik etmişdir.

Rumıniya qoşunlarının Bessarabiyadan geri çəkilməsi zamanı Seneteskunun tabeliyində olan hərbi hissələr Dorohoi qırğınında (yəhudi poqromunda) iştirak etmişdir.

1941-ci ildən 1943-cü ilə qədər Rumıniyanın 4-cü ordu korpusuna, 1943-cü ildən 1944-cü ilə qədər isə Rumıniya 4-cü ordusuna komandanlıq etmişdir.

Antonesku hakimiyyətdən kənarlaşdırıldıqdan sonra kral I Mixay Seneteskunu baş nazir vəzifəsinə təyin etmiş, lakin Stalinin təzyiqi ilə o, artıq 2 dekabr 1944-cü ildə istefa verməyə və baş nazir postunu Nikolae Redeskuya təhvil verməyə məcbur olmuşdur. Daha sonra Redeskunu Rumıniya Baş qərargah rəisi vəzifəsində əvəz etmişdir.

1947-ci ildə xərçəng xəstəliyindən vəfat etmiş və hərbi ehtiramla dəfn olunmuşdur.

İstinadlar

Biblioqrafiya

Ədəbiyyat siyahısı

Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları