Qaraçılar üçün xüsusi məktəb — qaraçı uşaqların təhsili üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış təhsil müəssisəsi. Bu cür müəssisələr çox vaxt psixi və ya fiziki cəhətdən əlilliyi olan uşaqlar üçün nəzərdə tutulan məktəblərlə əlaqələndirilir. Ümumi yanaşmaya görə, bu məktəblər ənənəvi təhsil müəssisələrinə nisbətən daha aşağı keyfiyyətli təhsil verdiyi üçün qaraçı tələbələrin gələcək inkişafına mənfi təsir göstərir və onları əlverişsiz vəziyyətə salır. Digər tərəfdən, bəzi qaraçı valideynlər bu növ xüsusi məktəblərə daha çox üstünlük verirlər, çünki burada uşaqlar qeyri-qaraçı tələbələr tərəfindən törədilən ayrı-seçkilikdən daha yaxşı mühafizə olunurlar.
İstinadlar
Kateqoriya:Antiqaraçıçılıq Kateqoriya:Xüsusi məktəblər Kateqoriya:Slovakiyada təhsil Kateqoriya:Macarıstanda təhsil Kateqoriya:Macarıstanda qaraçılar Kateqoriya:Slovakiyada qaraçılar