Marselina Monika Zavişa (; ) — Polşalı solçu siyasətçi və feminist. O, "Partia Razem" (Birlikdə Partiyası) siyasi partiyasının Milli İdarə Heyətinin üzvü olub. 2019-cu ildən isə Polşa parlamentinin (Sejm) deputatı kimi fəaliyyət göstərib.

Həyatı Marselina Zavişa 3 may 1989-cu ildə Katovitsedə, həmkarlar ittifaqının üzvü olan sileziyalı mədənçi ailəsində dünyaya gəlib. O, Varşava Universitetinin Sosial Siyasət İnstitutunda təhsil alıb və orada bakalavr dərəcəsini tamamlayıb. She studied at the Institute of Social Policy of Warsaw University where she completed a bachelor's degree ().

Marselina Zavişa "Yaşıllar" partiyasının və "Gənc Sosialistlər" təşkilatının üzvü olub. 2014-cü ildə Avropa Parlamentinə keçirilən seçkilərdə "Yaşıllar"ın siyahısı üzrə namizədliyini irəli sürüb və yerli özünüidarəetmə seçkilərində "Yaşıllar" partiyasından Varşava meriyasına namizəd olan Yoanna Erbelin (Joanna Erbel) seçki qərargahına rəhbərlik edib. 2015-ci ildə "Yaşıllar" partiyasından ayrılıb və yeni yaradılan "Partia Razem" (Birlikdə Partiyası) siyasi partiyasının təsisçi üzvlərindən birinə çevrilib. Partiyanın 2015-ci ilin mayında yaradılmasından etibarən "Razem"in Milli İdarə Heyətinin üzvü olub.

2015-ci il parlament seçkilərində Katovitse seçki dairəsində "Razem"in siyahısında birinci namizəd kimi çıxış edib. O, 8316 səs toplayıb, lakin partiyası ümumi səslərin yalnız 3,62 faizini qazandığı üçün parlamentdə (Sejm) hər hansı bir yer əldə edə bilməyib.

2018-ci ilin yanvarında "Forbes" jurnalı Polşada abortun tamamilə qadağan edilməsinə qarşı "Qara Etiraz"ı (Czarny Protest) təşkil edən "Razem" partiyasının həmtəsisçisi kimi oynadığı rola görə Zavişanı "Hüquq və Siyasət" kateqoriyasında illik Avropa "Forbes 30 Under 30" (30 yaşdan aşağı 30 uğurlu şəxs) siyahısına daxil edib.

Zavişa 13 oktyabr 2019-cu ildə Opole dairəsindən "Solçular" (Lewica) siyahısı üzrə kampaniya apararaq 19 206 səs toplayıb və Sejmə deputat seçilib.

2023-cü il parlament seçkilərində isə o, yenidən deputat seçilib. Zavişa bu seçkilərdə əvvəlki parlament seçkiləri ilə müqayisədə 182 səs daha çox qazanıb.

Şəxsi həyatı Marselina Zavişa uşaqlıqda sümük şişindən (bədxassəli və ya xoşxassəli şiş) əziyyət çəkib. Zavişanın sözlərinə görə, məhz bu xəstəlik onun sonrakı siyasi karyerasına əhəmiyyətli dərəcədə təsir göstərib.

Ailəlidir, iki övladı var: oğulları Adam (2020-ci il təvəllüdlü) və Pavel (2021-ci il təvəllüdlü) dünyaya gəlib. Hazırda ailəsi ilə birlikdə Varşavada yaşayır.

Seçkilərdə iştirakı SeçkilərSeçki komisiyası Orqan NəticəAvropa Parlamentinə seçkilər (2014)Yaşıllar partiyasıAvropa Parlamenti VIII çağırış 543 (0,06 %)Polşada yerli seçkilər (2014)Varşava şəhər şurası VII çağırış 1007 (1,37 %)Avropa Parlamentinə seçkilər (2015)Birlikdə partiyasıPolşa seymi VIII çağırış 8316 (2,02 %)Polşada yerli seçkilər (2018)Seleziya vayovodası seyminə seçkilər VI çağırış 1653 (0,83 %)Avropa Parlamentinə seçkilər (2019)Birlikdə partiyasıAvropa Parlamenti IX çağırış 9213 (0,70 %)Polşada parlament seçkiləri (2019)Demokratik Sol Qüvvələr BirliyiPolşa seymi IX çağırış 19 206 (4,73 %)Polşada parlament seçkiləri (2023)SolçularPolşa seymi X çağırış 19 388 (4,04 %)

İstinadlar

Xarici keçidlər Marcelina Zawisza: Praca oddolna to jest to, czego musimy się nauczyć od prawicy