Batar — Qarakilsə rayonunda mövcud olmuş Azərbaycan kəndi. Xarabaları Min çayının yuxarı axarının sağ sahilində, dağlıq ərazidə yerləşir.
Tarixi Kənd keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində yerləşmişdir. XX əsrin əvvəllərində kənd dağılmışdır. Kəndin ilkin adı Baydar olmuşdur.
Etimologiyası Toponim türk mənşəli Baydar tayfasının adı ilə bağlıdır. Ehtimallardan birinə görə, Batar adı çoxsaylı türk boylarından olan padarlarla əlaqədardır. Toponim etnotoponim hesab olunur və quruluşca sadə toponimdir.
Mənbə
Kateqoriya:Qərbi Azərbaycanın yaşayış məntəqələri Kateqoriya:Zəngəzur qəzası Kateqoriya:Qarakilsə rayonu