Kocaeli Arxeologiya Muzeyi () — Türkiyənin Kocaeli ilinin İzmit ilçəsində yerləşən, arxeoloji eksponatların nümayiş etdirildiyi milli muzey. İzmitin tarixi dəmiryol vağzalı binasının yanında yerləşir. Muzeyin adı 2022-ci ildə Kocaeli Arxeologiya Muzeyi olaraq dəyişdirilib. Muzeyin etnoqrafiq əsərlər sərgilənən hissəsi isə Atatürk və Rədif Muzeyinə (Yeni adı: Atatürk, Redif və Etnoqrafiya Muzeyi) köçürülüb.
Muzey, İzmitin Kozlu məhəlləsində, İstasyon küçəsində yerləşir.
Muzeyin sahəsi 1873-1910-cu illərdə inşa edilmiş tarixi Vağzal Binası kompleksindən – təmir emalatxanası, su çəni, yaşayış binası və iki tütün anbarının birləşdirilməsi ilə yaradılmış zaldan ibarətdir. Muzeyin memarı almanəsilli Otto Ritterdir. 2004-cü ildə başlayan yeni bərpa işlərindən sonra köhnə dəmiryol stansiyası 2007-ci il əvvəllərində açıldı. Sərgi sahəsi 2 sikkə vitrini və 18 arxeoloji eksponat vitrinindən ibarətdir. Muzeyin sərgi zalları ilə yanaşı, 130 nəfərlik konfrans zalı və bərpa laboratoriyası da mövcuddur. Muzeydəki eksponatlar qismən muzey zallarında, qismən də açıq havada – muzeyin həyətində nümayiş etdirilir.
Muzey salonlarında Paleolit, Ellinizm, Roma, Bizans və Osmanlı imperiyası dövrlərinə aid eksponatlar nümayiş etdirilir. Muzeyin həyətindəki açıq səma altındakı sahədə isə Kocaelidəki qazıntılarda tapılmış heykəllər, sarkofaqlar , qəbir stelləri, pitoslar (böyük gil küplər) və Nikomediyanın paytaxt olduğu dövrə işarə edən tikililərdən geriyə qalan daş abidələr sərgilənir.
Qalereya Kocaeli Arxeologiya Muzeyində sərgilənən eksponatların bəziləri aşağıdakı kimidir:
İstinadlar
Kateqoriya:Türkiyədəki arxeologiya muzeyləri