Azərbaycan Milli Paralimpiya Komitəsi

Tarixi 1996-cı il fevralın 9-da Azərbaycan Milli Paralimpiya Komitəsinin Təsis Konqresi baş tutdu. Konqresdə İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin Prezidenti, Ziyadxan Kərimov Komitənin Vitse-prezidenti, Afiq Süleymanov isə Komitənin Baş Katibi seçildi.

Qısa müddət ərzində Azərbaycanda paralimpiya idman növləri üzrə baza yaradıldı. Nəticədə qurumun təsis edilməsindən altı ay sonra Azərbaycan Paralimpiya Oyunlarında debüt etdi. Həmin ilin avqustunda Atlanta şəhərində (ABŞ) baş tutan X Yay Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya Komandası 2 idmançı ilə təmsil olundu. Komanda həmin turniri medalsız başa vurdu.

2001-ci ildə baş tutan Azərbaycan Milli Paralimpiya Komitəsinin I Hesabat Konfrasında İlqar Rəhimov 4 il müddətinə Milli Paralimpiya Komitəsinin Prezidenti, Ziyadxan Kərimov Komitənin Vitse-prezidenti, Afiq Süleymanov isə Komitənin Baş Katibi seçildi.

2005-ci ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin II Hesabat Konfrası baş tutdu. Konfrasda İlqar Rəhimov növbəti dəfə 4 il müddətinə Milli Paralimpiya Komitəsinin Prezidenti, Ziyadxan Kərimov Komitənin Vitse-prezidenti, Afiq Süleymanov isə Komitənin Baş Katibi seçildi.

2009-cu il yanvarın 28-də Azərbaycan Milli Paralimpiya Komitəsinin III Hesabat Konfrasında baş tutdu. Konfrasda İlqar Rəhimov üçüncü dəfə 4 il müddətinə Milli Paralimpiya Komitəsinin Prezidenti, Ziyadxan Kərimov Komitənin Vitse-prezidenti, Afiq Süleymanov isə Komitənin Baş Katibi seçildi. Yeni təsis olunan Birinci vitse-prezident vəzifəsinə isə Natiq Qasımov seçildi.

Prezidentləri 1.İlqar Rəhimov<center>180x180px<center> 10 fevral 1996 2001 1996Afiq Süleymanov?Ziyadxan Kərimov 2001 2005 2001 2005 2009 2005 28 yanvar 2009 8 fevral 2013 20098 fevral 20134 mart 2017 2013Natiq QasımovŞaiq Həmidov Şaiq Həmidov 4 mart 2017 28 sentyabr 2021 2017 İlham Zəkiyev 28 sentyabr 2021 9 fevral 2023 2021 Kamal Məmmədov İlham Zəkiyev Yaşar Hacıyev 2. Hidayət Abdullayev <center><center> 25 iyul 2023 Hal-hazırda 2023 ? İlham Zəkiyev Fuad Hacıyev

Qeydlər

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Paralimpiya Komitəsi Kateqoriya:1996-cı ildə Azərbaycanda yarananlar